Görəsən indiyədək dünya hökmdarları əllərinin altında olan xəzinədən necə istifadə ediblər? Əslində dövlətin maddi xərcləri üçün nəzərdə tutulmuş bu “qiymətli otaq” doğrudanmı məqsədəuyğun istifadə olunurdu? Tarixi faktlar bu suala “yox” deməyimizi əsaslandırır. Faktlar göstərir ki, xəzinə ehtiyatı bir çox hökmdarların əyləncələrinə, şıltaqlıqlarına və başqa məqsədlərə xərclənib. Bəzi hökmdarlar isə ümumiyyətlə, xəzinəni necə deyərlər “silib-süpürüblər”.
Beləliklə, tarixin ən israfçı hökmdarlarını təqdim edirik:
Fransa kralı XV Lüdoviq
Onun israfçılığı insafən həddən artıq şişirdilib. Amma tüstü də yanan yerdən çıxar axı… Fransız kral heç də digər avropalı “həmkar”larından həddən artıq çox xərcləməyib, amma altından çıxa bilmədiyi çoxsaylı müharibə yükü onun xəzinəsini boşaldıb.
İngiltərə kralı II Riçard
Ötən əsrin siyasi simalarından olan Uinston Çörçil onu “tarixin müəmması” adlandırırdı. Yanılmırdı da, çünki bu kralın adı gah kasıbların dostu, gah eyş-işrət aşiqi, gah əzabkeş, gah da zalım kimi təqdim olunurdu. Amma istənilən halda kasıba pul xərcləmək üçün, eyş-işrət üçün pul lazımdır, ya yox?!
Bavariyanın homoseksual kralı Vittelsbaxlar sülaləsindən olan II Lüdviq
Bu kralın zövqünə bu günə qədər də yüksək cəmiyyətlərdə dodaq büzülür. Kral özünə həmdəm olaraq yaraşıqlı saray gənclərini deyil, mehtərləri və aşağı təbəqədən olan kobud kişiləri seçərmiş. Təbii ki, bunların arasında kral sevgilisindən külli miqdarda pul və hədiyyə qopardan da az olmayıb.
İsveç kraliçası Kristina
Kişiyəbənzər görkəmi ilə diqqət çəkən bu hökmdar xanım da eynicinsli məhəbbətə üstünlük verərmiş. Gözəl xanımları qane etmək isə hər kişinin və ya kişiyəbənzərin işi deyil. Bunun üçün əlbəttə xəzinəli hökmdar olmaq lazımdır.
Kastiliya kralı I Xuan
Ömrünü səyahətlərdə keçirib. Üzü Afrikaya qədər pul səpə-səpə gedib. Elə bunun nəticəsi idi ki, atdan yıxılan kimi əlindən boğaza yığılmış insanlar üstünə vəhşi itləri salmışdılar.