gunes

D vitamini çatışmazlığının əlamətləri

Baxış sayı: 10. 076

D vitaminini ” Günəş vitamini” adlandırırlar. Çünki digər vitaminlər kimi o qidada çox yox, günəş istisi və işığından maksimum alınır.

Amma əksər ölkələrdə qış uzun, yay qısa olduğundan və ya Azərbaycanın günəşli ölkə olmasına baxmayaraq insanlarının Gündən qaçaraq kölgəni seçməsi və açıq havada az olması səbəbindən bədəndə lazımi qədər vitamin D sintezi getmir.

 

D vitamini çatışmazlığı riski daşıyan qrupa bu insanlar daxildir:

-Tünd dərisi olanlar- çünki tünd dəri D vitaminini az və zəif zintes edir

-Hamiləlik və laktasiya dövründə

-Yaşlı insanlar – 50 yaşdan sonra

-Ofis və yeraltı şəraitdə işləyən insanlar – gündüzlər qapalı otaqda olanlar

-Gecə növbəsində işləyənlər- çünki gündüzlər yatırlar

-Uşaqlar

 

D vitamini çatışmazlığının əlamətləri:

1. Ürək -damar problemləri, xüsusən yaşlı insanlarda

2.Tez-tez xəstələnmək, infeksiyalar və immunitet zəifliyi – D vitamini immun sistemin normal fəaliyyəti üçün çox vacibdir. Bu vitamin immun hüceyrələrinə çatmadıqda infeksiyalara qarşı dözümsüzlük yaranır, orqanizmin müdafiə funksiyası zəifləyir.

3.Depressiya, əhvalın pis olması, stress

Vitamin D beyində serotoninin miqdarını tənzimləyir. Ona görə depressiyada olan insanlara Günəşdə çox olmaq məsləhət görülür. Ona görə soyuq aylarda insanlar daha süst, halsız və əhvalsız olur.

4.Daimi yorğunluq, gücsüzlük

Vitamin D orqanizmdə qidanın enerjiyə çevrilməsi prosesini təşkil edir. Əgər itami daim enerjisizdirsə, o deməkdir ki, D itamin əskikliyi var.

5.Zəif sümük və əzələlər

Təsadüfi deyil ki, raxit xəstəliyinin birinci dərmanı günəşdir. D itamin sümüklərdə kalsiy və fosfatların tənzimləməsini təşkil edir. Vitamin D çatışmadıqda artıq orta yaşlardan osteomielit, sümük əriməsi başlayır. 50 yaşdan yuxarı insanlarda bel, çanaq, diz ağrıları artır. O cümlədən əzələlər zəif, ağrılıdırsa, o zaman əzələ funksiyasını təmin edən D vitamin əskikliyindən şübhələnmək lazımdır.

6.Qanda şəkərin dəyişməsi

Qanda şəkərin həm az, həm çox olması da D vitamin əskikliyinin səbəbindən ola bilər.

7.Piylənmə

Əgər bədən çəkisinin indeksi 30-u aşırsa, o zaman avtomatik olaraq D itamin əskikliyi yaranacaq. Çünki vitamin qandan piy hüceyrələri vasitəsilə qovulur. Nə qədər çox piy varsa, o qədər də vitamin əskiliyi olacaq.

8. Digər əlamətlərə diqqət: yuxululuq və ya yuxusuzluq, dişlərin çürüməsi, dırnaqların laylanması, qırılması, görmənin zəifləməsi, iştahanın olmaması, gecələr qıcolmalar

 

Günəşi qucaqla

D vitaminini təbii yolla yalnız və yalnız Gün işığından ala bilərsiz. Xüsusən ovuclar, kürək və çiyin nahiyəsi açıq olaraq dəriyə birbaşa günəş şüası dəyməlidir. Geyinib gün altında gəzməyin faydası yoxdur. Ən yaxşı üsul günəş altında oturaraq, ovucları günəşə doğru açıb 15 dəqiqə ovuclara gün işığının düşməsini təmin etməkdir. Bunun üçün ən yaxşı saat 11.00-15.00 arasıdır.

 

Qış və payız aylarında isə D vitamini olan BAD- və preparatlar, qida əlavələri qəbul etmək lazımdır.

Qida ilə D vitamini az daxil olsa da, çalışın yağlı balıq, balıq yağı, yumurta sarısı, sarı pendir, qaraciyər, süd məhsulları çox qəbul edəsiz.

 

D vitaminini necə yoxlamalı?

Bu əlamətlərdən 3-4-ü sizdə varsa, o zaman qandan VİTAMİN D analizi verərək dəqiq diaqnoz qoymaq mümkündür. Test Hidroksivitamin D adlanan bu analizin qiyməti elə də ucuz deyil. Qiymətlər 50-70 manat arası dəyişir.

Bioloji təbabət klinikasında Vitamin D analizini 47 manata verərək, həkim məsləhəti də əldə edə bilərsiz. Burada sizə orqanizmdə D vitamin əskikliyini aradan qaldıracaq biotənzimləyici preparatlar da təyin olunacaq. Çünki vitamin D əskikliyi olan insan hər nə qədər Günəş altına çıxsa da qısa müddətdə ehtiyatı bərpa edə bilməz. Bunun üçün orqanizmə əlavə Vitamin D qəbulu olmalıdır.

Amma bu vitaminin preparatlarını özbaşına olaraq alıb qəbul etmək də olmaz. Çünki əgər vitamin D dozadan artıq olarsa, onun yaradacağı fəsadlar daha ağır ola bilər.




1 şərh “D vitamini çatışmazlığının əlamətləri

  1. Ayka

    Vitamin D-nin artıqlığının heç bir zərəri yoxdur. Nə qədər yüksək olsa bir o qədər gümrah və sağlam olarsınız.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir