cemodan

Qadının doğum çantasında nələr olmalıdır?

Baxış sayı: 4. 835

Hamilə xanımlar doğuş vaxtına və bundan sonra xəstəxanada keçirəcəkləri bir neçə günə xüsusi hazırlaşmalıdır. Ən azından özləri ilə xəstəxanaya aparacağı paltar və əşyalarını əvvəlcədən müəyyənləşdirməli və buna uyğun çanta hazırlamalıdırlar. Bəs görəsən, doğuşa hazırlaşan qadınların çantasında nlərə olmalıdır. Bu yazıda məhz bu haqda danışacağıq.

Doğum çantanızda ilk öncə olacaq əşyalardan biri 2-3 dəst gecəlik və ya pijamadır. Pijamanın önü tamamilə düyməli, bel hissəsi geniş və bir bədən böyük ölçü seçilməlidir. Gecəlik isə mümkünsə əmizdirən analar üçün xüsusi çıxarılan, ön qismi rahatlıqla yarpaq kimi açıla bilən növdən olmalıdır. Bunları hamilə geyimi satan mağazalardan tapmaq mümkündür:

 

– Xalat kimi üzərinə geyinə biləcəyiniz rahat bir geyim.

– Corablar, rahat və yumşaq bir tərlik.

– Çoxlu alt paltarı.

Image result for Doğum çantası

Hamilə vaxtı istifadə etdiyiniz alt paltarları da ola bilər. Əgər yoxdursa, bazardan hamilə paltarları satan mağazalardan hamilələr üçün istehsal edilən müəyyən xüsusi alt paltarları da ala bilərsiniz.

– 1-2 dəst əmizdirmə büsthalteri, 1 paket sinə ucu üçün olan yaş dəsmallar.

– 1 paket böyük ölçülü gigiyenik qadın bezi.

– Diş fırçası, diş pastası, kiçik əl güzgüsü, daraq kimi gündəlik baxım əşyaları.

– Dezodorant, nəmləndirici və ya losyon.

 

Makiyaj vəsaitlərini də özünüzlə götürə bilərsiniz. Anaların də gözəl görünmək ən təbii haqqıdır! Gözəl görünməyə laqeyd yanaşmayın!

Çirkli paltarlarınızın qoya biləcəyiniz bir sellofan və ya paket götürün.

Fotoaparat, video, cd, dvd cihazı.

Evlilik vəsiqəsi, şəxsiyyət vəsiqəsi (xaricilər üçün pasport, oturma icazəsi, iqamətgah sənədi).

 Image result for Doğum çantası

Ana çemodana körpəsi üçün nələr almalı? Doğum çantasında körpə üçün nələr seçilməlidir?

* Bir paket kiçik ölçülü uşaq bezi

* Yaş dəsmal, spirtsiz məhsul olmasına diqqət yetirin

* 3-4 ədəd uzun qollu tulum – pijama

* 3 ədəd papaq

* 3 ədəd corab, bəzəkli olmasına diqqət yetirin

* 2 ədəd jilet

* 2 ədəd yumşaq kiçik dəsmal

* Ən az 3 ədəd önlük

* 1 ədəd ədyal (doğum mövsümünə asılı olaraq )

* Çirkli paltar torbası və ya bir paket

* Çıxarkən körpənizi daşıyacağınız körpə çantası və baxım çantası

* Hər ehtimala qarşı əmzik, uşaq üçün krem

* Körpənizin ilk saatlarını və günlərini qeyd edeceyiniz və ilk şəkillərini də yapışdıracağınız xüsusi gündəlik. Doğum səhifəsini həkiminizə doldurtdurub imza etdirməyi də unutmayın, bu sizin üçün gözəl bir xatirə olacaq.

* Və təbii ki, bir ədəd nəzər muncuğu (Əgər nəzərə inanırsınızsa)! Qohumlarınız gətirə bilər, lakin siz yenə də almağı unutmayın.

* Bir çox xəstəxanada körpənin otağının qismən bəzənməsi xəstəxana tərəfindən həyata keçirilir. Lakin siz yenə də otağınızı bəzəyə biləcəyiniz şarlar, xüsusi körpə bəzəklərini almağı unutmayın. Körpənizin şokoladlarını aldınızmı?

Related image

Körpə üçün ümumi olaraq lazımlı olanlar nələrdir?

* 3-7 ədəd alt paltarı. Öndən açıla bilən, yanları yapışqanlı paltarlar asanca geylib çıxarıla bilərlər.

 

* 3-7 ədəd altdan iplə çəkilərək bağlanan gecə geyimi.

* 2-3 ədəd örtük. Əgər körpəniz qışda və ya payızda doğulubsa, tulum istifadə etmək yerinə bu örtük mütləq lazımlıdır.

* 3-4 ədəd su keçirməz muşamba bez, parça istifadə etdiyiniz zaman lazım olur.

* 2-3 cüt corab. Asanlıqla çıxmayanları seçin.

* 3-6 ədəd ayaqlı tulum. Payız və qışda doğulan körpələr üçün lazımlıdır, yay körpələri üçün yalnız 2-3 ədəd kifayətdir.

* 3-6 ədəd tək geyim. Körpəniz yazda doğuldusa lazımlıdır.

* 1-3 papaq. Xüsusilə qışda doğulan körpələr üçün kənarlarda qulaqları olan papaqlar, yay üçün isə yüngül papaqlar günəşdən qoruyar.

* Bir ədəd geyimləri və əşyaları daşıma çantası. Körpə bezlərini, dəyişdirmək vəsaitlərini və paltarları daşımaq üçün, lazım olduğunda əmzik oyuncaq və yeməkləri daşıyacaq yeri olan körpə çantası seçin.

Image result for Doğum çantası

Körpəni çimizdirərkən nə lazımdır?

* Körpə sabunu və ya duş mayesi. Ehtiyat olaraq tutun.

* Gözləri yandırmayan şampun.

* Körpə yağı. Həkim xüsusilə tövsiyə etməyibsə, onun yerinə günəbaxan yağı da istifadə edə bilərsiniz.

* Körpələr üçün qarğıdalı nişastası.

* Bez dəyişdirərkən əlləri təmizləmək üçün istifadə edilən təmizləyicilər (spirtsiz yaş dəsmallar)

* Körpələrə xüsusi dırnaq qayçısı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir