saglamliq

Sağlamlığınızı qorumaq üçün 10 tövsiyə

Baxış sayı: 2. 030

Bir çox tibbi məsləhətlər hamıya məlumdur. Misalçün, gündənqorunma kremlərinin istifadəsi, meyvə-tərəvəin mümkün qədər şox qəbul edilməsinin faydaları…

Beləliklə, səhhətinizi və deməli, həm də həyatınızı yaxşıya doğru dəyişəcək daha bir neçə məsləhəti sizlərə təqdim edirik.

 

1. Yeməyə olan tələbatımız qidaya olan ehtiyacımızdan daha çoxdur! Orqanizmimiz qidasız bir neçə həftə fəaliyyət göstərə bilər. Ancaq cəmi bir neçə gün yuxusuz qalmaq mümkün deyil. Buna qarşı durmaq isə imkansızdır. Qeyri-ixtiyari mühazirə və iclaslarda, hətta iş stolunun arxasında yatanlar bunu təsdiqləyə bilər. Sükan arxasında yatmaq isə faciələrə səbəb ola bilər. Odur ki, nəzərə alın: kifayət qədər və müntəzəm yuxu – həyati vacib məsələdir. Hətta qidalanmadan da vacib. Lazımi qədər yatmayan insanların immuniteti zəif olur, tez qocalır və tez-tez xəstələnirlər.

2. Təbii olan ziyansız demək deyil! İfrata varmayın: ot və güllərin hamısı eyni dərəcədə faydalı deyillər. Bəzi təbii inqredientlər qidalanma və kosmetikada səhhətinizdə çox mənfi dəyişikliklər edə bilər, ən azı allergiya yaradar. Otların əksəriyyətinin tərkibində zəhərlər və toksinlər var. Odur ki, heç vaxt tanımadığınız təbii komponentlərdən istifadə etməyin, tərkibini, təsirlərini öyrənin, mütəxəssislərlə məsləhətləşin.

3. Daima nəbzinizi yoxlayın. Təəccüblüdür? Həqiqətən də nəbz – səhhətinizin hansı vəziyyətdə olduğunu göstərən əla meyardır. Bir qayda olaraq, nəbzdəki istənilən dəyişiklik hər hansı bir xəstəliyin sübutudur. Beləliklə, nəbzinizi tez-tez, heç olmasa, gündə bir neçə dəfə yoxlamağa çalışın. Bunu intensiv məşqlərdən və ya məşğələlərdən sonra mütləq, eləcə də sadəcə boş vaxtlarınızda, tıxacda qalanda, işdə oturarkən etmək lazımdır.

4. Mobil telefonu özünüzlə ayaqyoluna aparmayın. Təəccüblənsəniz də, sorğular göstərir ki, çoxlarımız SMS göndərmək, tanışlarla söhbətləşmək və ya sadəcə, sevimli musiqini dinləmək, yaxud da şəkillərə baxmaq üçün mobil telefonu özü ilə ayaqyoluna aparır. Sanki qorxulu heç nə yoxdur, lakin..! Mikrobları unutmusunuz?

5. Dostlarla, imkan daxilində, çox ünsiyyətdə olun. Tədqiqatlar göstərir ki, dostlarla sıx əlaqədə olan insanlar digərlərinə nisbətən 25% daha xoşbəxtdirlər. Hətta bu əlaqənin real, ya virtual olmasının heç fərqi yoxdur. Sadəcə, elektron poçt vasitəsilə yazışın, telefonla danışın. Əlbəttə, xoşbəxt insanlar özlərini bədbəxt hiss edənlərdən daha sağlam və gümrah olurlar.

6. Yalnız özünüzə məxsus guşəniz olsun. Unutmayın, ünsiyyət, iş və ailə ilə yanaşı bir az özünüzə də vaxt ayırın. Mütəxəssislər deyirlər ki, kim özünü dinləməyi bacarırsa, emosional cəhətdən daha yaxşı əhvalda olur, özünü daha cavan hiss edir. Özü haqqında yüksək fikirdə olması isə insanın zəkasının və məntiqi düşüncə qabiliyyətinin inkişafına kömək edir.

7. Sakitliyinizi qoruyun. Gülməyin, sakitlik – ağılsızlığın qarşısını almaq üçün əla vasitədir. Əgər əsəblərinizin gəriləcəyi durum yetişibsə, sakitləşmək üçün ən sadə üsullardan istifadə edin. Oturub gölərinizi yuma biləcəyiniz sakit yer tapın. Mənzərələri, sevdiyiniz yerləri təsəvvür edin, ən yaxşısı su, bulaq və dənizdir. Heç olmasa, bir neçə dəqiqəliyə belə vəziyyətdə qala bilsəniz, tamam sakitləşib gücünüzü bərpa edə bilərsiniz. Əgər belə manipulyasiyadan əvvəl və sonra təzyiqinizi ölçsəniz, meditasiyanın təsirini hiss edərsiniz.

8. Əhvalınızdakı istənilən dəyişikliyə mütləq diqqət yetirin. Məsələ bundadır ki, qadınlar çox vaxt ağrıya dözümlü olurlar və bununla da çox vacib simptomları nəzərdən qaçırırlar. Diş ağrısı, mədədə pozğunluq, yorğunluq və s. Bütün bunlar çox vaxt “sükutla müşayiət olunan ürək tutmalarının” əlamətləri olur. Odur ki, səhhətinizə qarşı laqeyd olmayın. Çalışın, evinizdə ən azından tanometr, xolesterin və şəkər ölçən aparat olsun.

9. Orqanizminizi müntəzəm şəkildə təmizləyin. Detoksikasiya ideyası – çox gözəldir. Bağırsaq problemlərinizi boş buraxmayın. Bu, xərçəngə səbəb ola bilər. Son tədqiqatlar göstərir ki, sellülözdən çox istifadə edən insanlar bağırsaq xərçənginə tutulmurlar.

10. Yaddaşınızı izləyin. Doğrudan da yaxşı yaddaşınızın olmasının nəyi pisdir ki… Yaxşı yaddaşın olması beynin və ümumilikdə səhhətin yaxşı durumda olmasını göstərir. Odur ki, yaddaşınızı məşq elətdirin. Qətiyyən fikirləşməyin ki, yaş artdıqca o, zəifləyə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir