Şirin və acı bibərin kiloqramı bazar və yarmarkalarda 1 manatdan başlayaraq müxtəlif qiymətlərə satılır. Zövqə görə yeməklərin tərkibinə şirin bibər vuran da var, acı bibər vuran da.
Bibərin insan orqanizminə faydaları çoxdur. Onlardan bəzilərini təqdim edirik.
1. Qırmızı bibər antioksidantla zəngindir.
2. Qırmızı bibərin tərkibində A, B, C, E vitamini var.
3. Gözlərə xeyirlidir.
4. İmmunitet sisteminə müsbət təsir göstərir.
5. Beyinin inkişafına xeyirlidir.
6. Xərçəng yaranma potensialını azaldır.
7. İnfarkt riskini aşağı salır.
8. Şirin bibər C, B1, B2, B9, P, PP və karotinlə zəngindir.
9. Yaddaşı gücləndirir.
10. Qan damarlarının divarlarını möhkəmləndirir.
11. Şirin bibərin tərkibində kalsium, kalium, yod, xrom, sink, marqnes, kükürd var.
12. İmmuniteti gücləndirir.
13. Qan azlığına müsbət təsir edir.
14. Sümükləri gücləndirir.
15. Arterial təzyiqi aşağı salır.
16. Qanı təmizləyir.
17. Bolqar bibəri immun sistemi üçün çox xeyirlidir.
18. Bolqar bibəri dəri və saçlara yaxşı təsir edir.
19. İştahanı artırır.
20. Mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır.
21. Sinir sisteminə yaxşı təsir edir, depressiya və stress zamanı kömək edir.
22. Bibəri çiy vəziyyətdə yemək daha xeyirlidir.
23. Acı bibər insanı arıqladır və çəkini normallaşdırır.
24. Acı bibər yemək kişilərdə cinsi istəyi artırır.
25. Acı bibər insan orqanizmində mikrobları öldürür.
26. Acı bibər soyuqdəymə zamanı insana müsbət təsir edir.