ağcaqanad

Ağcaqanad kimləri sevir və ondan necə qorunmaq olar?

Baxış sayı: 2. 594

Dünyada 2500 ağcaqanad növü yaşayır. Əsasən «vampirizm» xüsusiyyəti dişi ağcaqanadlarda var, erkək ağcaqanadlar isə tam əksinə «sülhsevər»dirlər, onlar vegetaryandırlar və qan ilə qidalanmırlar.

Ağcaqanadlar çox məhsuldardır, onlar bir gündə 50-170 yumurta qoyur. Onların orta yaşama müddəti 20 gündür.

Ağcaqanad kimləri sevir?

Qida axtarışı ağcaqanadları «vəhşi» edir və onlar qida axtarmaqçün 50 km yol gedə bilirlər. Bu həşəratlar üçün əsas informasiya və qida mənbəyi insan və heyvanların ətrafa yaydıqları istilik şüalarıdır. Məhz bunun vasitəsilə ağcaqanadlar öz qidalarını tapırlar.

Həmçinin canlı varlıqlardan ifraz olunan sidik turşusu və karbon dioksid qazları ağcaqanadları maqnit kimi cəlb edir. Əsasən kök adamlar və ateroskleroz xəstələrini qurban seçirlər.

Qadınlar kişilərə nisbətən ağcaqanadların «qida»sı olamağa daha yaxındırlar. Elmə məlum olmayan səbəblərə görə ağcaqanadlar əsasən sarışın qızlara və hamilə qadınlara daha çox üstünlük verirlər. 

Necə müdafiə olunaq?

Ağcaqanadlardan qorunmaq üçün sintetik və təbii vasitələrdən istifadə etmək olar. Hələ qədim dövrlərdə insanlar kəskin qoxuların köməyi ilə ağcaqanadlarla mübarizə aparıblar. Ağcaqanadı qovmaq üçün aşağıdakı vasitələrdən istifadə etmək olar:

– Vanilin, mixək, razyana, evkalipt, valerian və ardıcın efir yağları ilə. Parça və ya tənzifi bu bitkilərin yağlarına hopdurmaqla onları pəncərənin altına yerləşdirmək lazımdır. Evdən çölə çıxanda da həmin efir yağını bədənin açıq hissələrinə sürtmək olar.

– Piretrum – bu fars və ya Qafqaz çobanyastığı bitkisidir. Quru çiçəkləri, saplaqları və bitkinin yarpaqlarını toz kimi xırdalamaq və onları yenidən emal etməklə ağcaqanadlara qarşı istifadə etmək olar.

– Pomidor kolları. Pomidor kolları adətən dipçəklərdə pəncərələrin qarşısına qoyulur və ya evdə saxlanılır.

– Sidr yağı. Sidr yağının qoxusu təkcə ağcaqanadları deyil, eyni zamanda milçəklər və tarakanlara qarşı effektivdir.

– Buğda bitkisinin həlimi. Bir ovuc buğda bitkisinin döyülmüş köklərini yarım litr suya əlavə edib açıq-sarı rəngli həlim alınanadək 3 dəfə qaynatmaq lazımdır. Bu həlimlə çölə çıxmamışdan qabaq üz və əllər yuyulur.

Ağcaqanadlardan qorunmağın sintetik vasitələri çox sadədir. Dəri üçün kremlər 2-3 saat müdafiə təsiri bağışlayır. Geyimlərə vurulan aerozollar, qoruyucu torlar, çadırlar bir ay ərzində ağcaqanadlara qarşı qoruyucu təsir göstərir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir