Dondurma prosesində qidaların iy, dad və ya qida dəyərində heç bir dəyişiklik olmadığı üçün qidaları saxlamaq üçün ən yaxşı üsullardan biri dondurmaq hesab olunur.
Dondurulmuş qidaların müsbət cəhətləri:
– Təbii halda qorunduqları üçün daha faydalıdır.
– Lazımi şərtlər yerinə yetirildikdə uzun müddət saxlamaq mümkündür.
– Yuyulub, təmizlənmiş halda olduğu üçün istifadə edərkən çox vaxt sərf edilmir.
Dondurulmuş qida qurupunda ən böyük nisbəti meyvə və tərəvəzlər tutsa da, ən tez xarab olan da bu qurupdakı qidalardır. Səbəbi isə, tərkiblərindəki su miqdarıdır. Meyvə və tərəvəzlərin tərkibində olan su lazımi şərtlər yerinə yetirilmədən dondurulduğu zaman mikroorqanizmlərin yuvası olub, qidaların xarab olmasına səbəb olur.
Dondurulmuş qidalar arasında ən çox istifadə edilən kartofdur. Belə ki, dondurulmuş kartof istifadəsi dondurulmuş meyvə-tərəvəz istifadəsindən daha çoxdur. Xüsusilə, qızartmaq üçün hazır halda dondurulan kartoflar olduqca çox istifadə olunur.
Meyvə və tərəvəzlərdən başqa, un məhsulları və dəniz məhsulları da dondurularaq saxlanılan qidalar arasındadır. Dondurma prosesi qidanın faydalı tərkibində ən az itkiyə səbəb olan qida emal üsuludur.
Qidaları ikinci dəfə dondurmaq olarmı?
Dondurulmuş qida əridiyi zaman xarab olma prosesinə qaldığı yerdən davam edir . Amma, yenidən dondurularsa, bakteriyalar sürətlə çoxaldığı üçün ikinci dəfə istifadə edildikdə zəhərlənmə təhlükəsi yaranır.