KOK

Göz sağlamlığı üçün faydalı qidalar

Baxış sayı: 1. 154

Ətraf faktorlar və gərgin iş həyatı içində düzənsiz qidalanma göz sağlamlığı üçün də çox təhlükəlidir. Yəni sadəcə bədən sağlamlığı üçün deyil, göz sağlamlığı üçün də düzgün qidalanmaq vacibdir.

Göz sağlamlığı üçün xüsusilə tərkibində beta karoten və A vitamini olan qidalardan istifadə etmək vacibdir. Bu qidalar retina və gözün digər hissələrinin düzgün işləməsinə kömək edir. Uzun müddət göz sağlamlığını qorumaq üçün isə A, C və E vitaminləri ilə zəngin olan pəhrizlər etmək lazımdır.

Göz sağlamlığı dedikdə ağıla ilk gələn qidalardan biri yerköküdür. Amma göz sağlamlığı üçün yerkökütək başına kifayət etmir. Qidalarda olan A vitamini və beta karoten göz sağlamlığına faydalıdır. A vitamini ilə zəngin olan yer kökünün faydaları ilə yanaşı Omega3 və 6 yağ asitləri ilə çinko və maqnezium kimi minerallar ilə zəngin qidaların istifadəsiyaş artdıqca ortaya çıxan görmə zəifliyinin qarşısını alır.

Gözdə yarana biləcək zədələriən aza edirən və katarakt kimi narahatlıqların qarşısını almağa kömək edən qırmızı bibər və ispanaqda olan A vitamini gözün gecə görüşünü və müqavimətini artırır. Qaragilə və kartofun tərkibində C vitamini isə gözdə katarakt və makuya degenerasiya riskini minimuma endirir. Omega3 baxımından zəngin alabalıq tor qişanın fnksiyasını qoruyan hüceyrə pərdələrinə faydalıdır. tamamlayıcı qidalar arasına ən zəngin tərkibli çia toxumlarının tərkibindəki beta karoten, E və C vitaminləri makula degerenerasiyanın qarşısını almağa kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir