Kolorado

Uca dağlar başında… – HEYRƏTAMİZ ŞƏHƏRLƏR – FOTOLAR

Baxış sayı: 1. 347

Siz nə vaxtsa yüksək dağ ətəyində səyahət edərkən dərindən nəfəs aldıqda hiss etmisiniz ki, havanız çatmır? Qəribədir, insanın uyğunlaşmadığı şərait sanki yoxdur – bu hətta dəniz səviyyəsindən 3 km yüksək də ola bilər…

Dünyanın yüksək zirvələrində yerləşən belə şəhərlərdə oksigen nadir nemət olsa da, burada yaşayan insanlar nəinki bu şəraitdə yaşaya bilir, hətta dəniz səviyyəsindən çox-çox yüksəklikdə rifahlarını yüksəldir, zövqlə yaşamaqda davam edirlər. Himalaydan tutmuş And dağlarına qədər insanlar heyrət doğuran yüksəkliklərdə öz həyatlarını yaşayır.

“Gencaile.az” “Publika.az”-a istinadən dünyanın ən yüksək dağlıq şəhərləri haqda maraqlı faktları təqdim edir.

 

La Rinokonada, Peru – 5100 metr


Bir çoxları dəniz səviyyəsindən cəmi 5000 metr yüksəklikdə yerləşən Denver, Kolorado kimi yerləri gəzərkən düşünür ki, 5100 metrə qədər yüksəklikdə olan yerdə yaşamaq qeyri-mümkündür. Lakin fakt faktlığında qalır ki, Perunun şəhərlərindən biri insanın yaşaya biləcəyi maksimal hündürlükdə – dəniz səviyyəsindən 6 min metrə yaxın olan yüksəklikdə yerləşir.

Əhalisi 30 min nəfər olan La Rinokonada şəhəri And dağlarında yerləşir. Burada insanlar oksigenin məhdud olduğu şəraitdə yaşayaraq qızıl çıxarılan şaxtalarda işləyirlər.

 

El-Alto, Boliviya – 4150 metr

Dünyanın ən yüksək dağ paytaxtı La-Pas hesab edilsə də, Boliviyanın bu kiçik şəhəri ondan da yüksəkdə yerləşir. Şəhərin adı “zirvə” kimi tərcümə olunur. Şəhərcik La-Pas ilə Titikaka gölü arasında dəmiryolu çəkiləndə yaradılıb. Hazırda burada 650 min nəfər yaşayır. Şəhər Boliviyanın ən yüksək dağ şəhəri kimi məşhurdur, bir çoxları onu La-Pas aeroportu kimi tanıyır.

 

Lasa, Tibet – 3650 metr


Tibetin paytaxtı – Lhasa. Əhalisi təxminən 250 min nəfərdir. Himalay dağlarının yüksəkliklərində, Tibet platosunun mərkəzində yeləşir. Ənənəvi olaraq bu, Dalay-Lamanın evi hesab edilir. Şəhər bura gəlməyə özündə cəsarət tapan ziyarətçiləri məmnunluqla qəbul edir və onlar gözəl yay mənzərələri fonunda tikilmiş budda məbədlərinin gözəlliklərini seyr edirlər. Dalay Lamanın 1959-cu ilə qədər yaşadığı və freskalarının gözəlliyi ilə məşhur olan Palas Potala da burada yerləşir.

 

Ledvill, Kolorado – 3094 metr


Arkanzas çayının mənbəyində Qayalı dağlarda yerləşən şaxta şəhərciyi olan Ledvill ABŞ-da ən yüksək korporativ şəhərdir. O, dünyanın ən yüksək dağlıq şəhərləri siyahısına daxildir. Bir vaxtlar gümüş yataqları hesabına çiçəklənən bu şəhər Kolorado ştatında Denverdən sonra böyüklüyünə görə ikincidir. Artıq gümüş yataqlarının sərvəti tükənsə də, Ledvilldə hazırda 3 minə qədər insan yaşayır.

 

Namçe-Bazar, Nepal – 3500 metr


Əvvəllər bu şəhər ticarət məkanı kimi salınıbmış. Dağlarda yaşayan çobanlar hazırladıqları pendiri və kərə yağını daha aşağı hissələrdə yetişdirilən digər kənd təsərrüfatı məhsullarıyla mübadilə edirdilər. Bu gün Namçe-Bazar həm də Everestin baza düşərgəsinə istiqamət alan turist qruplarının dayanacağı rolunu oynayır. Bura səyahətə gələn macəra həvəskarları 3800 metr yüksəklikdə yerləşən və oksigen otaqları ilə təchiz olunan Everest View otelində qala bilərlər.

 

Kusko, Peru – 3310 metr


Bu gözəl şəhər Perunun And dağlarında, Müqəddəs Urubamba Vadisinin yaxınlığında yerləşir. Bir vaxtlar Kusko İnklər sivilizasiyasının paytaxtı olmuş, bu gün isə UNESCO onu Dünya İrsi kimi təsnifləşdirmişdir.


Bu gün Kuskoda 350 min nəfər yaşayır və onlar İnklərin xarabalıqları və ispan müstəmləkəçilərinin memarlığı ilə fəxr edə bilərlər.

 

Villa Mill, Kosta Rika – 3100 metr


İnsanlar Kosta Rikanın adı gələndə çox vaxt mənzərəli çimərliklər, tropik yağış təsəvvür edirlər. Lakin bu ölkə həm də təəccüb doğuran zirvələrə malik dağların da evidir. Villa Mill kəndi Panama ilə sərhədə yaxın Ölüm Dağının yaxınlığında yerləşir.
Bu məkan eko-turizm üçün böyük imkanlara malikdir. Bu zonaya səyahət edənlər özləri ilə isti geyim götürməlidir.

 

Kito, Ekvador – 2850 metr


La-Pasdan sonra dünyanın ən yüksək dağ paytaxtı olan Kito şəhəri dəniz səviyyəsindən 3000 metr hündürlükdə, And dağlarında aktiv olan Piçinç vulkanının şərq yamacında yerləşir. Kito And və Himalay dağlarının bəzi şəhərlərindən yüksəkdə yerləşməsə də, əhalisinin sayına görə seçilir. Kitonun 2 milyon nəfər əhalisi var. Bu şəhər ekvatorun 25 kilometrliyində yerləşir.

 

Xuşe, Pakistan – 3050 metr


Pakistanda Xuşe vadisində ən yüksək dağ kəndi olub, Himalay dağlarının bu hissəsinə səyahət edənlər üçün başlanğıc nöqtə rolunu oynayır. Xaşe kəndinin qonaqpərvər sakinləri alpinistlərə, qayaya dırmananlara kömək edir, yaxın zirvələrin yolunu göstərirlər.

 

Apartaderos, Venesuela – 3505 metr


Dəniz səviyyəsindən 3500 metr hündürlükdə yerləşən Apartaderos şəhəri Venesuelanın ən yüksək dağ şəhəridir. And dağlarının üç böyük çayının qovuşduğu yerdə yerləşir. Turizm inkişaf etmişdir. Apartaderosun mərkəzində çoxlu restoran, otel və hədiyyə mağazaları vardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir