geyim

Şarmlı xanımlar üçün qışlıq ofis stilləri

Baxış sayı: 1. 198

Hazırda qış fəsili olsa da, heç də mövsümə uyğun hava ilə qarşılaşmırdıq. Amma son bir neçə gündə hava şəraiti nisbətən soyumuşdu. Bu isə o deməkdir ki, qarderobu soyuq hava üçün hazır hala salmaq haqda düşünməliyik.  Beləliklə, bu yazıda sizə qışlıq ofis geyimləri və populyar stillərdən danışacağıq.

 

Modern və şəhərli stil sahibi olan iş qadınları geyim barəsində hər gün əziyyət çəkirlər. Hər gün eyni geyimi geyinmək istəməyən, eyni zamanda da dress-kod qaydalarını pozmadan tərz yaratmaq, xüsusən də qış aylarında həqiqətən də asan məsələ deyil. Tabloid.az modern iş xanımları üçün bir neçə stil təklif edir:

İş stillərini və kombinlərini iş yerinin geyim qaydalarına əsasən dəyişik göstərə bilərsiniz. Soyuq qış aylarında düyməli və ciddi iş köynəklərinin üstünə tək rəngli sviter geyinmək təklif olunur.

Qışlıq qalın donların üstünə qısa pencəklər geyinmək olar.

Əgər iş yerində geyimlə bağlı hər hansı qadağa yoxdursa, sizin stilinizlə bağlı problemləriniz daha azdır.

Rahat və ya dikdaban ayaqqabılarla midi ətəkləri uyğunlaşdıra bilərsiniz. Qışlıq ofis stili üçün qara rəngli ayaqqabılar daha idealdır, amma paltarınıza uyğun olarsa qəhvəyi rəngi də seçə bilərsiniz.

Hər iş xanımlara istədiyi geyimi geyinməyə icazə vermir. Bəzi iş yerləri daha rəsmi geyimlər tələb edir. Ciddi işlərdə çalışan xanımlar üçün ən uyğun model qələm ətəklərdir. Qış stilinizi onlar sayəsində vurğulaya bilərsiniz. Moda evləri qış ayları üçün bir-birindən maraqlı qələm ətək modelləri təklif edirlər. Modellər qədər parçaların müxtəlifliyi də fərqli obraz yaratmağa kömək edir. Qələm ətəklərin vodolazka ilə kombini də çox gözəldir.

Hündür bel şalvarlarla bəyaz köynək və klassik pencək kombini sizi ofisin ən şıq xanımına çevirə bilər.

Qara və qəhvəyi enli balaq şalvarlar da bu qış trend olmağa davam edir. Bu modellərin hündür bel variantları çox aktualdır. Enli balaq şalvarları isə açıq və pastel tonlarında qısa köynəklərlə uyğunlaşdırdıqda əla qalır.

Bundan başqa məxmər parçadan tikilən kostyumlar da çox gözəl görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir