yemek

“Harda nə yeyək?” – VENESUELA MƏTBƏXİ

Baxış sayı: 1. 334

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə oxucularımıza Venesuela mətbəxi haqqında danışacağıq.

Venesuela mətbəxi Amerika qitəsinin xalqları, Avropadan gələnlərin adətləri və Afrika, Asiya mətbəxinin bəzi elementləri əsasında formalaşmışdır.

Bir çox Latın Amerikası ölkələri kimi burada da mətbəxin əsasını ət, qarğıdalı, düyü, kartof, xüsusi bananlar və müxtəlif kombinasiyalarda istifadə olunan bir çox ərzaqlar və ədviyyatlar tutur. Venesuelanın milli yeməkləri acı, tutumlu, eyni zamanda çox yüngüldür. Yerli qəlyanaltılar və yüngül yeməklər əsasən «arepa» (qarğıdalı kökəsi) və ya «tamale»dən ibarətdir. Onların içinə cürbəcür qarnir – ət, balıq, yumurta, pendir və ərzaqlar töküb bükürlər. Çox vaxt kökələr çörək əvəzi, hətta sousu götürmək üçün qaşıq rolunda istifadə olunur. Turistlərə, həmçinin «aquakate-relenyo-kon-kamarones» – içi krevetlərlə doldurulmuş avokadodan, «sankoço» – tərəvəz və ətdən, ya balıqdan hazırlanmış qatı şorbadan, ya da alabalıqdan dadmaq məsləhətdir.

Картинки по запросу «aquakate-relleno-con-camarones

Yerli mətbəxdə quş, donuz, mal ətindən müxtəlif yeməklər, şorbalar hazırlanır. Venesuelanın milli yeməyi «pabellin-kriolyo» hesab olunur. Yeməyin tərkibinə mal əti, düyü, qara paxla, qızardılmış banan daxildir. Desertə, adətən qaymaqla təzə çiyələk və ya quava, tərəvəzlər və yaşıl avokadodan «quasakaça», «kuesilyo» (meyvəli piroq) və s. verirlər.

 

Venesuela həmçinin un məmulatlarından hazırlanan yeməklər də xüsusi yer tutur. Bu baxımdan “Arepa”, “Cochapa” və “Casabe” kimi yeməkləri qeyd etmək olar. Sözügedən xəmir yeməkləri bütün ölkə ərazisində hazırlanır.

Картинки по запросу Arepa

Venesuela kakaosu dünyada ən yaxşılardan hesab olunur. Demək olar ki, kakaonun hamısı Avropaya ixrac olunduğundan burada onu tapmaq çox çətindir. Çoxlu sayda müxtəlif meyvələrdən: , qarpız, manqo, banan, ananas, quava, portağal və çiyələkdən «uqos» adlı meyvə şirələri hazırlanır.

Картинки по запросу meyvə suyu

 

 

Hazırladı: Aydan Kərimli

Картинки по запросу venezuela mutfağı

Картинки по запросу venezuela mutfağı

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir