derman

Bu dərman hamilə qalmaq şansını artırır

Baxış sayı: 5. 150

Türkiyəli mütəxəssislər aşkar edib ki, aspirin hamiləlik şansını artırır. Bu, 1128 xəstə üzərində aparılan təcrübə zamanı öz təsdiqini tapıb. Bununla bağlı maraqlı məqamları təqdim edirik.

 

Aspirin uzun illərdir tibdə istifadə edilən həbdir. Ağrıkəsici kimi, revmatizm və qızdırma xəstəliklərində istifadə olunur. Aspirin qanda laxtalanmanın qarşısını alan təsirə malikdir. Buna görə son illər kardiologiyada da istifadə edilir. Aparılan təcrübələr onu da sübut edib ki, aspirin sonsuzluq yaşayan insanlarda hamiləlik şansını artırır. Aspirin həm yumurtalıqların qanlanması, həm də uşaqlıq pərdəsinin qanamasını artırır, körpə ciftinin daha yaxşı formada uşaqlıq pərdəsinə bərkiməsinə kömək edir. Aspirin istifadə edilməsindən asılı olaraq laxtalanmanın qarşısını alır. Bu, həm də süni mayalanma tətbiqində də işə yarayır. Tez-tez uşaq salan qadınlara da aspirin kömək edir. Lakin aspirindən istifadə edən zamanı bəzi məqamlara diqqət etmək lazımdır. Aspirini həkim nəzarətində istifadə etmək mütləqdir. Çünki mədə və astma xəstəliyi olan insanlara aspirin qadağan edilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir