“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizi İordaniya mətbəxi haqqında məlumatlandıracağıq.
İordaniya mətbəxi ərəb ənənələrinə söykənsə də, xüsusi üsulla hazırlanır və özünəməxsus dadı var. İordaniyanın hər yerində düyü, müxtəlif ot və göyərtilərdən istifadə olunur. Eyni zamanda, yerli kulinariyada limon və zeytun da geniş yayılmışdır.
Tipik İordaniya yeməyi isə mensaf adlanır. Adətən bayramlarda bişirilən mensaf düyü və qoyun ətindən hazırlanır.
Digər məşhur yemək olan adas isə sarı mərcimək və toyuq ətindən hazırlanır.
Yerli əhalinin çox bişirdiyi yeməklərdən biri də maklyuba adlanır. Maklyuba kartof, badımcan, düyü, qoyun ətindən hazırlanır. Nəticədə kartoflu-düyülü-ət yeməyi alınır.
İordaniyada şaurma yeməyi unutmayın. Şaurma təmiz toyuq və ya qoyun əti, göyərti, tərəvəzdən hazırlanır.
Məşhur şirniyyatları fındıqlı paxlava, küncüt və peçenyedir. Eləcə də kanafa adlı desert – pendirli şirin vermişelin də dadına baxmaq lazımdır.
İordaniya mətbəxində əsas içki çay olsa da, nanəli limonaddan da heç də az istifadə edilmir. Bundan əlavə yerli əhalinin carakale adlandırdığı pivə də öncül içkilər arasındadır.
Hazırladı: Aydan Kərimli