TEST

Xarakter öyrənmə TESTİ

Baxış sayı: 1. 515
“Gencaile.az” saytının təqdim etdiyi budəfəki test,özünüzün və sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir.

Verilmiş 5 fiqura baxın. Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1-ci seçdiyiniz fiqur sizin xüsusiyyətləriniz və üstünlük təşkil edən xarakterinizi bildirir. 5-ci yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları göstərir.

İndi isə seçin. Seçıb qurtarmayınca mətni oxumayın!

Kvadrat: Əgər siz ilk növbədə kvadratı seçmisinizsə, deməli yorulmaq bilməyən zəhmətkeşsiniz. Əalmətləri :Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbr, sistemlilik, adətən kvadratların öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir.

Əgər əminliklə seçmisinizsə onda sizi sol yarımkürəli insanlara aid etmək olar. Kvadratlar həddən artiq diqqətcildirlər, adət olunmuş həyat tərzini dəyişməyi sevmirlər, səliqə-səhmanı sevirlər.

Kvadratlardan yaxşı inzibatçı, icraçı nadir hallarda menecer olurlar. Emosional quruluq soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur. Riski sevmirlər.

Üçbucaq: Liderlik əlamətidir. Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyyətlərdir. Sol yarımkürəli insanlardır lakin kvadratlardan fərqli olaraq xırdalıqlara yox əsas məqsədə yönəldirlər. Özlərinə inanan və həmişə haqlı sayan adamlardır. Şöhrətpərəstdirlər. Tez-tez risk edirlər. Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər. Hər bir işdə üstünlük təşkil edirlər. Onların məqsədi qələbə çalmaqdır.

Düzbucaqlı: Bu fiquru seçənlər hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar. Bu fiqur keçid və dəyişiklik simvoludur demək olar ki, problemlər içərisində başını itirib.

Xarakterik əlamətləri: günbəgün dəyişirlər. Özlərini bəyənmirlər, lakin keçicidir. Hər cür yeniliyi asanliqla qəbul edirlər. Həddən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin keçici haldır.


Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır. Ünsiyətə girməyi daha tez bacarırlar. Yaxşı dinləyicidirlər. Yüksək dərəcədə həssasdırlar. Başqalarının dərdinə şərik olmaq hissi güclüdür. Ona görə də insanlar onlara can atırlar. İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər. Mübahisəni sevmirlər. Biznes sahəsində zəifdirlər və rəhbərlik onlara görə deyil, zəifdirlər, qətiyyətsizdirlər. Sağ yarımkürəli insanlardır.
Ziqzaq: Yaradıcılıq simvoludur. Sağ yarımkürəli düşüncə tərzinə malikdirlər,yəni məntiqdən çox intuisiya xasdır. Mübahisələrdə güzəştə getmir əksinə kəskinləşdirilər. Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Kimdənsə asılı olmağı xoşalmırlar, daha çox reallıqla deyil, ideyalarla maraqlanırlar, həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir. Coşqun, səbirsiz, sözü üzə deyən olurlar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir