Havalar isindikcə gecə yuxumuz da ərşə çəkilir. Bu isə gün ərzində halsızlıq və passivliyə yol açır. İsti günlərdə rahat yatmağın bir sıra sirlərini oxucularımızla bölüşürük:
Bütün narahatlıqların kökündə stress durur. Odur ki, stressdən qaçın.
Gün ərzində idmanla məşğul olun. Siqaret, çay və qəhvənin miqdarını azaldın. Tez-tez və az-az yemək yeyin.
Səsli cihazları, həmçinin saatı otaqdan çıxardın. Yatmazdan əvvəl evdəki bütün işıqları söndürün.
Mütəxəssislər hesab edirlər ki, ölçüsü 180×240 sm olan çarpayı rahat yuxu üçün ideal şərtdir.
Gecə yatmazdan əvvəl spirtli içkilər içməyin. İlıq su ilə duş almadan yatmayın. Hətta saçınızı da qurutmadan yatağa uzanın.
Bol su içmək və çox yeməmək də yay yuxusunun əsas şərtləridir.
Ən əsası isə yataq dəstinizi soyuducuya qoyun. Yatmağa az qalmış dəsti sərib üzərnə uzanın. Sözün həqqi mənasında buz yataqdan zövq alın.