menzil

Bu yay kirayə mənzil bazarında niyə ucuzlaşma olmadı? – EKSPERT YANAŞMASI

Baxış sayı: 955

“Kirayə mənzil bazarında 1 kvadrat metrin qiyməti 2.28 % artaraq, 8.21 manatdan 8.40 manata qədər yüksəlib”.

Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir. Ekspert bildirir ki, ay ərzində kvadrat qiymətdə artım olsa da, mənzil qiymətində qismən azalma olub:

“Belə ki, paytaxtda orta mənzilin qiyməti 496 manatdan 495 manata düşüb ki, bu da 0.11 % azalma deməkdir. Həmçinin bahalı evlərdə ay ərzində 0.48 %, il ərzində 5.3 % artım, ucuz evlərdə ay ərzində 6.35 % artım, il ərzində isə 7.13 % artım olub”.

 

Mütəxəssis qeyd edir ki, ötən illərdən fərqli olaraq bu il yay aylarında kirayə bazarında ucuzlaşma qeydə alınmayıb:

“Adətən avqust ayının ortalarına qədər kirayə mənzil bazarında qiymətlər azalır, 20-dən sonra isə bahalaşmağa başlayırdı. Ancaq əvvəlki illərdən fərqli olaraq bu il azalma müşahidə edilmədi, çünki artıq tələbələrin əksəriyyəti yay tətili vaxtı kirayə götürdükləri evləri boşaltmırlar və dərslər olmasa da, yaşamağa davam edirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir