test

Orqanizminiz soyuğa nə dərəcədə davamlıdır? – TEST

Baxış sayı: 1. 255

Artıq qış mövsümünü yaşayırıq. Hələlik bu fəslin sərt keçməsini söyləmək olmaz. Lakin önümüzdəki aylarında əməllicə soyuqların düşəcəyini söyləyirlər. Maralıdır ki, havalar çox sərt olmasa belə, bir qismimizdə halsızlıq müşahidə olunur, sanki ciddi səbəb olmadan asqırır, öskürürük. Sizə təqdim etdiyimiz testi keçməklə orqanizminizin belə mövsümü dəyişiklik və təzadlara nə dərəcədə uyğun gəldiyini müəyyənləşdirməyə çalışın. Suallara “Bəli” və “Xeyr” cavablarını verin.

  1. Yuxu ilə bağlı probleminiz tez-tez meydana gəlir?
  2. Səhərlər zəngli saatınız səs salandan sonra böyük çətinliklə yerinizdən qalxırsınız?
  3. Yuxudan durandan sonra əla kontrast duş qəbul etmək əvəzinə 5 dəqiqə zamanınızı yataqda uzanaraq keçirərdiniz?
  4. Sizin gecə yuxunuz orta hesabla 6-7 saat davam edir?
  5. Oturaq iş rejimində çalışırsınız?
  6. Sizdə başgicəllənmələr və başaörıları olur?
  7. Nadir havada təmiz havada olursunuz?
  8. Küçədə olarkən isti paltarınıza baxmayaraq əl və ayaqlarınız tez donurmu?
  9. İdmana münasibətiniz necədir, idman klublarını və trenajor zallarını mütəmadi ziyarət edirsiniz?
  10. Heç bir ciddi fiziki yüklənmə və gərginlik olmadan ürək döyüntüləriniz intensivliyini hiss etməyə başlamısınız.
  11. Siqaret çəkmək, spritli içki qəbul etmək və digər bu kimi zərərli vərdişlərə maliksiniz?
  12. Menyunuzda meyvə və tərəvəzlər həmişə olur?
  13. Stress həyatınızın nadir qonağıdır?
  14. İynəbatırma və digər bu kimi profilaktik tədbirlərdən istifadə edirsiniz?
  15. Rasional qida rejiminə əml etməyə çalışırsınız?
  16. Çəkiniz normal çərçivəsindədir?
  17. Adətən ağır iş günündən sonra istirahət etməyə vaxtınız olurmu?
  18. Son vaxtlar hər şeydən tez qıcıqlanan olmusunuz? Vaxtilə sizin əhvalınızı qaldıran nəsnələr artıq sizə heç bir təsir etmir?
  19. Ümumilikdə yorulmasanız da, qəfil özünüzdə yorğunluq hiss etməyə başlayırsınız?
  20. Xroniki xəstəliklərdən əziyyət çəkirsiniz?

Balları hesablayın və nəticələri çıxarın:

  1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
Bəli                                        
Xeyr                                        

 

40-26 bal: Güman ki, siz risk grupuna daxilsiniz, lakin bu, hay-küyə səbəb olmamalıdır. Siz öz həyat tərzinizi necə dəyişmək haqqında düşünməlisiniz. Daha çox hərəkət etməyə çalışın və piyada gəzintilərə üstünlük verin. Heç olmasa səhərləri yüngül gimnastik hərəkətlərlə başlayın. Stresli situasiyalardan yan ötməyə çalışın. Və düzgün qida rejiminə əməl etməyi bacarın. Yüngül masaj sayəsində əzələ və damarlarınızı yumşaldın. Hətta əvvəllər heç vaxt etmədiyiniz bir proseduru həyata keçirin: həkimlə məsləhətləşmədən sonra zökəm əleyhinə peyvənd vurdurun.

24-12 bal: Məhz bu məqamlarda siz sağlamlığınıza ciddi fikir verməlisiniz. Buna baxmayaraq, sizi sağlamlığın qeydinə qalmayanlar sırasına daxil etmək olmaz. Profilaktik tədbirlər kimi itburnu, limon, quşüzümü, kəklikotu, çobanyastığı və təbii ki, soğan və sarımsaq kimi xalq təbabəti üsullarından istifadə edin. Bəzi profilaktik peyvəndlərdən çəkinməyin. Unutmayın ki, həmişə xəstəliyin öncədən qarçısını almaq asandır, nəinki sonradan fəsadları ilə mübarizə aparmaq.

10-0 bal: Siz arxayın olun ki, orqanizminiz qış fəslinin istənilən sınaqlarından keçə bilər. Çünki siz profilaktik vasitələri sağlam həyat tərzi ilə çox ağıllı şəkildə sintez edə bilirsiniz.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir