Dünyanın ən məşhur elm mərkəzi olan Harvard Universitetinin doktoru Villiam Li 30 il ərzində 700 araşdırma hesabatı üzərində işlədikdən sonra immunitet sistemini gücləndirən və xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirən qidaları açıqlayıb. Beləliklə, həmin qidaları təqdim edirik:
Yaşıl alma: Alzheimer, xərçəng və ürək-damar xəstəliklərinə qarşı qoruyan polifenol molekulları anbarıdır.
Yaşıl çay : Stresdə olan vücudu sakitləşdirir və yorğun immuniteti dinləndirir.
Zeytun yağı: Doymamış yağ turşularının ən əhəmiyyətlisi olan oleik turşu anbarıdır və immunitetə doping təsiri göstərir.
Kapari: Tərkibində olan antioksidant ‘kuersetin’ sayəsində iltihablanma riskini aşağı salır.
Qırmızı kələm: Xərçənglə mübarizə aparmaqda rolu olan kimyəvi madələri aktivləşdirir.
Üzüm doşabı: İmmuniteti dəstəkləyən maddələri çoxaldar.
Biyan kökü: Epidemiya yardan infeksiya xəstəliklərinə qarşı qalxan rolunu oynayır.
Yaşıl kələm: İmmuniteti yeniləyən C Vitamini ilə zəngindir.
Sarımsaq: Şiş hüceyrələrini yox edən T hüceyrələrinin meydana gəlməsini gücləndirir.
Brüssel kələmi: Qrip kimi infeksiyalara qarşı təsirli olan C Vitamininin təsirini artırır.
Küncüt: Xolesterolu nizamlayan lif anbarıdır, bağırsaqdakı yaxşı bakteriyaları qidalandırır.
Nar: Bədəndəki yaxşı bakteriyaları bəsləyərək pis bakteriyalara qarşı gücləndirər.
İspanaq: C Vitamini və antioksidant baxımından zəngindir.
Arpa: Gündəlik lif ehtiyacı üçün əhəmiyyətlidir, ürəyin dostudur.
Şabalıd: İmmunitet hüceyrələrinin xərçəngli hüceyrələri tapmasına dəstək olan elajik turşu baxımından zəngindir.
Dənəsiz kişmiş: Hüceyrənin böyüməsini nizamlamaqda köməkçi olan turşu xüsusiyyəti ilə qanın keyfiyyətini artırar.