1417259111

Hansı məhsullar bədəndə pis qoxular yaradır?

Baxış sayı: 2. 342

Hər gün yuyunmağınıza baxmayaraq, təriniz pis qoxa bilər. Bunun səbəbi isə sizinlə bağlı deyil. Bu, bioloji faktorlarla bağlıdır. Tərin yaranmasının bir neçə səbəbi var. İstidən, idmandan qaynaqlanan və stressdən qaynaqlanan tər növləri var. Pis qoxunu əngəlləmək mümkün deyilsə, bu, stresslə bağlıdır. Stressli vəziyyətlərdə pis qoxu yaranırsa, bioloji olaraq belə proqramlaşdırılmısınız.

Normal halda tərləmək vücudun sərinləməsi deməkdir. İsti olduğu zaman və fiziki hərəkətlər etdiyiniz zaman tərləmək lazımdır. Bu zaman bədəndə olan milyonlarla tər vəzlərinə fəaliyyətə başlaması əmri verilir. Beləcə sərinləmək mümkündür.

Stressli olduğunuz anlarda isə başqa mexanizm hərəkətə keçir. Gərgin olduğunuz zaman adrenalin və kortizol fəaliyyət sisteminə hücum edir. Ürək döyüntüləri artır və birdən tərləməyə başlayırıq. Xüsusən də qoltuq altı və genital bölgə tərləyir. Tərləmə uzun çəkmir, bir anlıq olur və bu zaman tər pis qoxur. Çünki istidən yaranan tərin 99 faizini su təşkil edir. Stress zamanı yaranan tərin 20 faizi isə protein və yağdır. Bakteriyalar bu maddələrə yayılır və tərlədikcə pis qoxur.

Dəri məsamələrindən çıxan tər yediyimiz qidanın qoxusundan çox asılıdır. Belə ki, yediklərimizin qoxusu çox qüvvətlidirsə qida həzm olunduqdan sonra belə bədənə təsir göstərə bilər.

Spirtli içkilər insan bədənindən nəfəs vasitəsi ilə çıxaraq, tər ifraz edir. Bu tərləməyə səbəb olduğundan insan bədənində pis qoxunun yaranmasına gətirib çıxarır.

Sarımsağın qoxu verən maddəsi məhz tər vəziləri vasitəsi ilə ifraz olunur.

Tədqiqatlar göstərib ki, ət yeməkləri çox istifadə edənlərdə vegetarianlara nisbətən daha pis tərləmə müşahidə olunur.

Bədənin qoxusunu ağırlaşdıran məhsulların siyahısına ispanaq, çuğundur, soya məhsulları, həmçinin saxlanma müddəti olan hazır qidalar da düşüb. Bu siyahıda pomidor da var. Onun tərkibindəki faydalı likopin maddəsi ən güclü antioksidant olub bir çox xəstəlik, o cümlədən xərçəngdən müdafiə uçün əvəzsizdir. Lakin pomidor həm də neqativ qoxu yaradaraq onun tərlə çıxmasına səbəb olan maddə ilə də boldur. Alimlər belə nəticəyə gəliblər ki, tomat və pomidor çox yeyən insanlar pis qoxumaq riski ilə üz-üzədirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir