qalstuk 2

Qalstukun taxılmasında hansı səhvlər buraxılır?

Baxış sayı: 1. 309

Qalstuk: niyə həmişə dəbdədir və onun taxılmasında hansı səhvlər buraxılır

Praktiki nöqteyi nəzərdən qalstuk mənasız bir aksessuardır. Lakin kişilər onu bütün rəsmi, formal və yarıformal məclislərə, ofisə taxırlar. Buna 3 səbəb var. 1. Qalstuk pencək ilə köynəyə ciddiyət qatır. Qalstuklu kişi daha eleqant və daha ciddi görkəmdə görünür.

Praktiki nöqteyi nəzərdən qalstuk mənasız bir aksessuardır. Lakin kişilər onu bütün rəsmi, formal və yarıformal məclislərə, ofisə taxırlar. Buna 3 səbəb var.

1. Qalstuk pencək ilə köynəyə ciddiyət qatır. Qalstuklu kişi daha eleqant və daha ciddi görkəmdə olur. Ona dərhal inam artır. Belə aksessuar köynəyin yaxasını düzləşdirir və altındakı boşluğu doldurur.

2. İş görkəmini rəngləndirən bir variant kimi istifadə olunur. Kişi qarderobu çox da aksessuarla zəngin olmadığı üçün, qalstukdan imtina etmək asan deyil. Üstəlik qalstuk öz vəzifəsini layiqincı yerinə yetirir. Tərəf müqabilinlə danışdığınız zaman qalstuk üzə yaxın olduğu üçün daim göz önündə olur. Əgər qalstukun rəngi və parçası düzgün seçilmişdirsə, qarşı tərəfin diqqətini cəlb edə biləcəksiniz.

3. Axırıncı isə qalstukun bir ənənəyə çevrilib artıq.

 

Qalstukun taxılması zaman yayqın olan səhvlər

qalstuk 8
Ən məşhur səhv – doğru olmayan uzunluğun seçilməsidir. 20 il öncə daha qısa qalstuklar dəbdə idi. Lakin müasir zamanda qalstukun ucu kəmərə toxunmalıdır.

Böyük düyünün edilməsi arzuolunmazdır, əgər ki, köynəyin yaxası qısadır. Proporsiyaların qorunması vacibdir. Eleqant düyünlər daha çox istifadə olunur və yaraşır.

Qalstukun düyünü və yaxa arasında məsafə qalmamalıdır.Belə olduğu zaman, tam səliqəli görkəm əldə edə bilmirsiniz. Qalstuk nə qədər sıxılmış olsa bir o qədər səliqəli görkəmə sahib olacaqsınız.

Qalstuk köynəkdə itməməlidir. Ümumiyyətlə qalstuk və köynəyin printləri də fərqlənməlidir. Belə ki, belə kombinasiya gözə yatımlıdır. Buna baxmayaraq, qalstuk və köynək seçdiyiniz zaman, rənglərin, printlərin ahəng olmasına fikir verməlisiniz.

Parlaqlığın çox olmamasına diqqət yetirin. Əlbəttə, gözə çarpan, parlaq rəngli qalstuk ola bilər. Lakin bir neçə faktora diqqət yetirmək lazımdır. Belə qalstuklar qarabuğdayı və yayda qaralmış insanlara yaraşır. Əks halda insanların diqqətini cəlb edəcək. Üstəlik dəbli parlaqlıqla, ucuz doydurulmuş rəng arasında düzgün seçim etməyi bacarmalısınız. Bu səbəbdən daha mat və solğun rənglərə üstünlük verməyiniz məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir