“Əziz valideynlər, uşaqların bağırsağında parazitlik edən qurdlardan ən çox rast gəlinən bizquyruq və askaridadır. Bunlar bir-iki tablet ilə müalicə olunur. Kurs-kurs müalicələr, flakon-flakon acı ot dəmləmələri, klizmalar və hidrokolonoterapiya ilə uşaqları incitməyin”.
Bu sözləri Uşaq Endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova deyir. Mütəxəssis qeyd edir ki, ishal, yağlı nəcis yoxdursa, lyambliyanı ümumiyyətlə, müalicə etməyə ehtiyac yoxdur. Valideynlərin uşaq sağlamlığında buraxdığı səhvlərdən gileylənən həkim bildirib ki, bircə tablet yazmağına baxmayaraq, uşağa bütün qutunu içirdirlər. Sanki valideynlər zövq alır qurd müalicəsi etdirməkdən.