deri

Kağız maskanın faydaları

Baxış sayı: 904

Daima baxımlı və gözəl görünmək üçün ilk növbədə təmiz bir cildə sahib olmalıyıq. Bunun üçün dəriyə xüsusi qulluq tələb olunur.

Hansı hallarda maskalardan isdifadə etməli olduğunuzu mütəxəssislərin fikirlərinə əsaslanaraq təqdim edirik.

Dərimiz xarici təsirlərə məruz qalaraq cansız və quru görünə bilir. Bu halda kağız maskalar cildə daha canlı görüntü verməyimizdə böyük dəstəkçidir.

Gözdə və göz ətrafı bölgələrdəki yorğunluğu aradan qaldırmaq üçün xüsusi hazırlanmış maskalardan istifadə olunmalıdır.

Quruluğu çox olan cildlər üçün yüksək nəmləndiriciliyi olan kağız maskalar tövsiyə olunur. Dolğun görüntülü bir cildin açarı, hyaluronik asit və gliserin kimi komponentlərlə formalaşdırılmış nəmləndirici nəmlənməni təmin edəcəkdir. Cild baxımı zamanı həftədə 1 və ya 2 dəfə kağız maskalardan isdifadə oluna bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir