Heç şübhəsiz ki, səhər yeməyi üçün dietik təamlar hazırlamaq istəyən oxucularımız da yetərincədir. Bu səbəbdən dietik səhər yeməyi olan “sırnıki”nin hazırlanmasını təqdim edirik.
Yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlar:
700qr kəsmik
1 yumurta
1/3 çay qaşığı duz
2 xörək qaşığı şəkər kirşanı
2 xörək qaşığı un ( ümumi 4 xörək qaşığı 2 xörək qaşığı kökələrə forma vermək üçün)
Qızartmaq üçün
1 desert qaşığı ərinmiş kərə yağı.
200 dərəcəli sobada 5-6 dəqiqə bişir.
Bu qədər ərzaqdan 16 ədəd “sırnik” alındı