İnqrediyentlər
2 x.q super Sun yağı
5 ədəd yumurta
1 st un
1 st şəkər tozu
1 paket vanelin
4 ədəd yetişmiş kivi (turş olmamalıdır)
Hazırlanma mərhələsi
Kivi soyulur, tikələrə doğranılır. Yumurta çalınır, şəkər və vanilin əlavə edilir, yaxşı çalınır (kütlə xeyli artmalıdır). Hissə-hissə un əlavə edilir, çox ehtiyatla qarışdırılır. Xəmir qatı xama kimi alınmalıdır. Formaya yağ çəkilir, xəmir tökülür, hamarlanır, üzərinə kivi düzülür. Sobanı 220-250 dərəcəyə qədər qızdırıb, piroqu 40-50 dəqiqə bişirmək lazımdır. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.