isti

İsti havada otaqları kondisionersiz sərinlətməyin 6 üsulu

Baxış sayı: 831

Hazırda yayın ən isti günlərini yaşayırıq. Sərinləmək üçün ilk növbədə otaqlardan başlmaq lazımdır. Mütəxəssislər söyləyir ki, bir adam təxminən 100W-200W istilik yaradır. Nəzərə alsaq ki karantin rejimi səbəbi ilə bir çoxları günün tamamını evdə olur, bu zaman avtomatik olaraq havanı istiləşdirir. Otaqları heç bir əlavə vasitə olmadan da sərinlətmək mümkündür.

Beləliklə, bunun üçün 6 üsulunu sizə təqdim edirik.

Otaqlarınızın gün ərzində sərinliyini təmin etmək üçün səhər oyananda dərhal pəncərələri tamamilə açın. Pəncərənin əks tərəfində başqa bir pəncərəni də açsanız güclü bir hava axını meydana gələr ki, bu da otağın rütubətini azaldacaq.
Pəncərələrinizi açdıqdan sonra eyni prosesi qarderoblarda edin. Şkaflar istiliyi özündə saxlayır. Onları havalandırdıqdan sonra otaq sərinləyir və havanı istiləşdirmir.

Yaxşı olardı ki, günün pik saatlarında hava istiləşən zaman pəncərələri bağlayasınız. Əgər pəncərəyə birbaşa olaraq gün şüası düşürsə pəncərənizi qaraldın. Bunun üçün qoruyucu günəş folqalarından istifdə edə bilərsiniz. Bakondan birbaşa şüa daxil olursa buraya yaşıl bitkiləri yerləşdirmək olar.

Evdə işləyən televizor, kompüter, soyuducu, paltaryuyan və qabyuyan belə otaq temperatorunu yüksəltməyə kifayət edir. Yaxşı olardı ki, lazım olmadıqca bu tip məişət avadanlıqlarının istifadəsini minimuma endirəsiniz.
Öz ətrafınıza yaxud pəncərələrin üstünə nəm dəsmal qoysanız su buxarlaşar və otağa daxil olan hava soyuyar.
Gün ərzində ilıq su ilə yuyunmaq, ananas və qarpız kimi su miqdarı yüksək olan qidalardan istifadə etmək də sizi fərəhlədəcək. Bundan əlavə sərinlədici xüsusiyyətləri olan içkilərdən (kompot, meyvə şirəsi, ayran və s.) də istifadə etmək tövsiyyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir