deniz

Kvesti xatırladan istirahət

Baxış sayı: 743

Nəhayət, avqustda da olsa, Xəzərə qovuşduq. Əlbəttə, müəyyən məhdudiyyətlər var – çimərliyə getmək istəyənlər əvvəlcə cimerlik.az saytına daxil olub, çimərliklərdə istirahət edənlərin sayına baxmalı, ziyarətçisi az olan çimərlikləri seçməli, çimərliklərdə sosial məsafə saxlamalıdırlar.

Eyni zamanda çimərlik yaxınlığında olan ictimai-iaşə obyektlərinin yerində xidmət göstərməsinə qadağa qoyulub. Yəni çimərliyə gedib, yemək yeyib, çay içmək istəyən adam həmin iaşə obyektlərindən istədiyini onlayn şəkildə sifariş edə bilər.

Bütün bunlar vətəndaşların koronavirus infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə atılan addımlardır.

Rusiyalı mütəxəssislər isə iddia edirlər ki, çimərliklərdəki qum müxtəlif bakteriya, mikrob və infeksiya mənbəyi ola bilər. Bu barədə “Rospotrebnadzor”un epidemioloqu Mixail Lebedev deyib. Onun sözlərinə görə, dezinfeksiya olmadığı üçün qumun 5-6 sm dərinliyi mikroorqanizmlər üçün əlverişli ola bilər. Eyni zamanda qumdan göbələklər, bakteriyalar da qidalanır. Onların kiçik yaralardan orqanizmə düşməsi müxtəlif xəstəliklərə – mikoz, kandidoz, serkarioz və s. səbəb ola bilər.

Bakıda çimərlik, arxiv şəkli

Yaş çimərlik geyimi ilə gəzmək sistit, uretrit, respirator infeksiyalar və digər xəstəliklər yarada bilir. Epidemioloqun sözlərinə görə, yaş qum daha təhlükəlidir. Mütəxəssisin fikrincə, quru və isti qum daha az risklidir. Buna görə də qumda basdırılmaq və fiqurlar düzəltməyə çalışmayın.

ABBASOVA MƏLAHƏT TALIB QIZI » vital.az | Sağlamlığınız etibarlı ...

Həkim-terapevt Məlahət Abbasova bildirir ki, COVID-19 virusu xəstə insanın öskürməsi və asqırması zamanı havaya ötürülən tüpürcək damcıları ilə yayılır. Damcıların endiyi yerlər virusa yoluxmaya səbəb ola bilər. Sağlam insan bu yerlərə əlini toxundurub, gözünə, ağzına, burnuna vurarsa, koronavirusa yoluxa bilər.

Onun sözlərinə görə, çimərliklərdə virusa yoluxmamaq üçün sosial məsafəni qorumaq vacibdir.

“Əgər xəstə biri həmin ərazidə istirahət edirsə, onun tüpürcək damcıları həmin əraziyə düşmüş ola bilər. Bu səbəbdən də çimərliklərdə çox diqqətli olmaq lazımdır. Sayta diqqət etmək, əhalinin çox olduğu çimərliklərdən uzaq olmaq lazımdır”.

“Qapı dəstəkləri (tualet, duş) kranların başlığı, çətirlər, şezlonqlar potensial virus mənbəyidir. Çimərliyə gedərkən götürdüyünüz ərazidə stol-stullar, şezlonqlar və digər vasitələri bacardığınız qədər dezinfeksiya edin”, – deyə həkim bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir