Texnologiyanın hər keçən gün inkişafı insan yaşamı üzərində müsbət təsirlər qoyduğu qədər, neqativ təsirlər də qoymaqdadır. Neqativ təsirlər aspektindən baxdığımız zaman sosial həyatda stimulların çoxluğu bizi sadəcə fiziki cəhətdən deyil, zehni olaraq da yormaqdadır. Bunun nəticəsində əldə olunan dinlənmə periodlarında, “boş zaman” kimi dəyərləndirdiyimiz zamanlarda bir çox insanlar saatlarla sadəcə sosial şəbəkə məcrasında telefon ekranı ötürərək zamanını keçirməkdədir. Dövrümüzün ən çox görünən problemindən olan “Bed Rotting” adlandırdığımız bu termin “Yataqda Çürümə”anlamına gəlməkdədir. Bed Rotting termini tənbəllik kimi səslənsə də, əslində bu durumu yaradan psixolojik məqamlar vardır.“Tənbəllik” motivasiya düşkünlüyünü və istəksizliyin nəticəsində fərddə özünü göstərən haldır. Burada şəxs bu iki səbəb əsasında hədəfləri doğrultusunda hərəkətsiz qalmaqdadır. “Bed Rotting” yəni yataqda çürümə qavramı isə fərdin emosional tükənmişlik, stress və ya sadəcə yataqda qalma istəyindən meydan gəlməkdədir. Fərd gününün bir çox hissəsini yataqda sadəcə telefonla məşğul olaraq passiv həyat yaşayır. Bu epidemiyanın son dönəmlərdə yayılma səbəbi sosial stimulların çoxluğu, insanların zehnən çox aktiv olmağı (rəqamsal yorğunluq) və faydalı yaşam tərzi keçirməməklərindən qaynaqlanmaqdadır.

Gündəlik yaşamda sadəcə iş-ev həyatının varlığı eyni zamanda fərdlərin öz konfor zonalarından çıxmaması və ya çıxa bilməməsi (maddi zorluqlar üzündən və ya zaman yetmədiyi üçün fərqli hobilərlə məşğul ola bilməmək) bu epidemiyanın yayılmasına şərait yaradır. Bu zaman şəxslər kiçik istirahət zamanlarında “dincəlmək” düşüncəsi ilə yatağa həbs olaraq qısa müddətli “beyin həzzi” yaşamağa başlayırlar. Belə ki, şəxs sosial şəbəkədə gəzdiyi zaman izlədiyi video roliklər, qəbul etdiyi və ya icra etdiyi bəyənilər zamanı qısa müddətli beyin həzzi yaşayır. Təkrar edən bu davranış zaman içində real həyatda mövcud olan hobilərə qarşı istəksizlik oyadır. Bu da öz axarında qısa müddətli “həzz” yaratsa belə, uzun zaman kəsiyində şəxslərdə həyatdan həzz ala bilməmək, həyatı anlamsızlaşdırmaq, fiziki və zehni yorğunluq gətirməkdədir.Təbii sadəcə bunlar da deyil. Eyni zamanda telefon asılılığı, özgüvən düşüklüyü, dəyərsizlik kimi qavramları da həyatımıza qatmaqdadır. Bunun qarşısını almaq üçün telefon ekranlarına zaman tənzimləyiciləri qoymaq, yataqda keçirilən zamanı qısaldaraq mövcud olan “boş zamanı” fiziki hərəkətlə, fərqli hobilərlə əvəzləmək mütləqdir. Qısa yürüşlər, heç sınanmayan yeni fiziki hobilər, bəzən sadəcə bir yaşıllıq olan ərazidə oturub insanları izləmək belə beynin uzun müddətli həzzini təmin edəcək və monoton görünən həyatımızı rəngləndirəcəkdir. Unutmamaq lazımdır ki, hər birimizin dincəlməyə ehtiyacı var. Amma bu dincəlmək ruhumuzu çürüdərək deyil, ruhumuzu bəsləyərək olmalıdır.
Aytac Alırzalı
Uzman psixoloq











































































































































































