ruhiyye Rustemova

Uşaq və yeniyetmələrdə şizofreniyanin xüsusiyyətləri – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 479

Dünyada 21 milyona yaxın insan şizofreniya xəstəliyindən əziyyət çəkir. Bu ciddi və kompleks ruhi xəstəlikdir. Bütün dünyada insalardan arasında hər 100 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Xəstəliyin kökündə düşüncə və qavrayış pozulması dayanır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi qruplaşdırılırdısa, sonralar beyin fiziologiyasının anormallığı kimi qəbul edilib. Xəstəlik gec aşkarlandıqda diaqnozun qoyulması ləngidikdə şizofreniya xroniki vəziyyətə keçir. Şizofreniya yunan sözü olub – “parçalanma” və “fikir” sözlərinin birləşməsindən yaranıb. Xəstəlikdə insan duyğu, düşüncə və davranışları şəxsin özünə və ətrafdakılarına kəskin dərəcədə təsir edir və orqanizmdə digər keçici və qalıcı xəstəliklər yaradır. Şizofreniya irsi xəstəliklərdən biridir. Bu xəstəlik zamanı psixi pozuntunun demək olar ki bütün formalarını – qavrama, təfəkkür, emosiya, iradə, meyil sferası və s. əhatə edən əksər psixopatoloji əlamətlərə rast gəlinir. Xəstəlik psixi tamlığın parçalanması, yəni şəxsiyyətlə mühit arasındakı normal, harmonik əlaqənin pozulmasıdır. Xəstəliyin ilkin mərhələsində təfəkkür sferasına məxsus pozuntular qeydə alınır. Xarici mühitdə baş verən hadisələrlə əlaqə itirilir və təsəvvürlər buna görə yanlış xarakter daşıyır. Şizofreniya xəstəliyi zamanı xəstənin cümlələri öz qrammatik quruluşunu saxladığı halda məzmununu itirə bilir. Təfəkkürün qırıqlığı, mənasız müdriklik, uzunçuluq, bəzən fikirlərin dəyişik axını, fikirlərin çoxluğu, “mentizim”, bəzən isə fikirlərin yolxuğu və bir anlığa dayanması şperrunq müşahidə. Assosasiyaların qırıqlığı yazıda və xəstənin bədii yaradıcılığında da büruzə verə bilir. Bəzən xəstələrdə simvolik təfəkkür- konkret sözləri, əşyaları və s. mücərrəd məzmun ifadə edən, cəfəng, qeyri-müəyyən fikirlərlə əvəz edirlər. Əsl məzmunu itirmiş məntiqsiz təfəkkürün olmasıda şizofreniya üçün xarakterik əlamətdir. Şizofreniyanın kəskin başlanğıc dövrü üçün obrazlı sayıqlamalar xarakterikdir. Onlar gördükləri, eşitdikləri adi şeylərə yanlış məna verirlər və ya onları təhlükəli və təhqir edici hal sayırlar. Bəzən şizofreniyada xəstələr özlərinin həmişə təqib olunduğunu qeyd edir, özlərinin bir nəfər və ya bir təşkilatın təqib etdiyini söyləyərək özlərini sirli ilahi qüvvə və ya hər şeyi bilən şəxs hesab edirlər. Hallüsinasiya və sayıqlama əlamətləri fonunda cərəyan edən xəstəlik xəstəyə kənar qüvvə tərəfindən məcburi icra etdirilən hərəkət və fikirlər psixi avtomatizm və ya  Kandinski-Klerambosindromu adlanır. Xəstə inanırki, ona rentgen şüaları, radio dalğalar, maqnit sahələri vasitəsi ilə təsir edirlər. Şizofreniya xəstəliyi zamanı emosional pozuntular kəskin formada özünü göstərir. Xəstələr yaxın adamlarını, qohumlarını, valideynlərini və uşaqlarına qarşı normal hisslərini itirirlər, onlara qarşı soyuqqanlı, biganə münasibət göstərirlər. Bəzən isə əksinə olduqca tələbkar, yüksək emosionallıq kimi münasibət göstərə bilirlər. Belə ki, bu vaxtadək sevdikləri valideynlərinə qarşı qəzəb, çox sevdikləri peşəyə qarşı nifrət hissləri yaranır. Xəstənin mimikası ilə emosiyası bəzən uzlaşmır. Məsələn, gülərüz xəstə faciə haqqında danışır və ya əksinə əsəbi halda olduğuna baxdığına baxmayaraq, özünü çox rahat aparır. Bəzən səbəbsiz özündən çıxır, əvvəllər ona xas olmayan kobud və nalayiq sözlərdən istifadə edir, bəzən isə ən yaxın adamının ölümünə laqeyd ola bilir. Xəstəlik zamanı xəstələr işlərini buraxa bilərlər, təhsillərinə laqeyd münasibət bəsləyib günlərcə evdən çıxmayıb, geyimlərinə səliqələrinə fikir verməyə bilərlər. Bu zaman, onların xarici görkəmləri dəyişir pinti və əcaib görkəm ala bilirlər. Şizofreniya xəstəliyinin özünü büruzə verməsi ilk növbədə əlamət və simptomlarım müxtəlifliyi diqqəti cəlb edir. Bəzən xəstəliyn klinik gedişi infeksiya, psixi travma, somatik və nevroloji xəstəliklərin təsiri altında dəyişir. Xəstəliyi klinik cəhətcə qruplara bölmədən, gediş xüsusiyyətlərini araşdırmadan tətqiq etmək mümkün deyildir. Xəstəliyin inkişaf mərhələsi üçün xarakterik olan tutmalar, bir-birindən remissiya – işıqlı dövr və ya müvəqqəti sağalma dövrü ilə ayrılır. Başlanğıc dövrü nisbətən zəif, az nəzərə çarpan əlamətlərlə əksər hallarda astenik, affektiv və nevrotik sindromlardan kənara çıxmır. Şizofreniya xəstəliyinə uşaq yaşlarında da rast gəlinməsi mümkündür. Xəstəliyin uşaqlarda yaşla əlaqəsini düzgün təhli etmək üçün psixiatriyada qəbul olunmuş yaş dövrləri: uşaqlıq dövrü-12, yeniyetməlik dövrü- 13-15 yaş, gənclik- 16-18 yaşlarını əhatə edir. Uşaq yaşlarında bir sıra əlamətlərin yaşa uyğun olaraq nəzərə çarpır. Məsələn, psixi inkişafın ləngiməsi, hərəkətlərdə və nitqdə ifadə olunan stereotipiya, patoloji uydurmalar və s. Belə uşaqlar bəzən uydurma suallara böyüklərə müraciət edir, adi söhbətlərə qeyri-adi maraq göstərirlər. Sarışan hallar, qorxu, şübhə əlamətlərinə tez-tez təsadüf edilir. Şizofreniyanin müalicəsinə imkan daxilində tez başlamaq lazımdır. Müalicənin gecikməsi ictimayi təhlükəli fəaliyyət riskini artırır. İlk episodun müalicəsinin tez başlanması 90% pasiyentlərin vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir