qargidali

Bişmiş qarğıdalının orqanizmə 12 FAYDASI

Baxış sayı: 924

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.

Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir.

Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır. Belə ki, B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır. Bəs hansı xəstəliklərdə xeyirlidir, kimlərə olar, kimlərə olmaz?

1. Qaraciyəri tənzimləyir, ödü qovur

Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.

2. Bağırsaqların hərəkətliliyini artırır

Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbizlikdən əziyyət çəkən insanlara da lazımdır.

3. Mədəaltı vəzini dirçəldir

Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı dəmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.

4. Ürək-damar sistemini möhkəmləndirir

Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.

5. Uşaqların boyunu, sümüklərini uzadır

Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır.

6. Cinsi hormonları artırır

Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.

7. Depressiya və nevrozla mübarizə aparır

Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.

8. Hamiləlik və südverən analar üçün vacibdir

Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.

9. Yoğun bağırsaq şişlərinə qarşıdır

Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır

10. İnfakrt, insultdan qoruyur

Dənələrində olan bol kalium ürək-damar sisteminə müsbət təsir edir, infarkt, insult və kardioloji problemlərdən qoruyur

11. İmmuniteti möhkəmləndirir

Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.

12. Gözləri qoruyur, görməni itiləşdirir

Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.

Kimlərə qadağandır?

Qanın laxtalanmasında problemi olanlara, trombozu olanlara olmaz.

Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin.

Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir