qalstuk 6

Hansı köynəklə hansı qalstuku taxmaq olar?

Baxış sayı: 1. 040

Siz də heç həddindən artıq seçim olmasından yorulub qərarsız qalmısınız? Bəlkə, yanlış qərarlar da vermisiniz. Bu halın elmdəki adı seçim paradoksudur. Qarderobda köynək və qalstuk seçimindən söhbət gedəndə isə vəziyyət tam bir paradoksa çevrilir. Əgər paradoksa daxil olmaq istəmirsinizsə, sizin üçün hazırladığımız məqaləni oxuyun:

 

Qarderobun əvəzolunmazı ağ köynəklər

Hər bir kişinin qarderobunda bir neçə ədəd ağ köynək var və onları dəstləşdirmək daha sadədir. İlk ağıla gələn sadə qara qalstukdur, bu isə ağ köynəklərinizlə daha rəsmi görünüş yaradacaq. Digər tək rəng sadə model qalstukları da taxa bilərsiniz, lakin bu dəfə həm köynəyiniz, həm də qalstukunuz sadə olacaq. Daha iddialı görünmək üçün bir az fərqli seçimlər etməlisiniz, qarışıq rənglərdə və naxış elementləri istifadə olunan modellərə üstünlük verə bilərsiniz.

Açıq- mavi köynəklər

Açıq- mavi rəng də kişilər tərəfindən çox seçilən və sevilən rəngdir. Əgər əziyyət çəkmədən yaraşıqlı görünmək istəyirsinizsə, eyni rənglərdə, yəni mavi rəngin tonlarında, xüsusilə də, tünd göy rəngli qalstuklar taxa bilərsiniz. Ancaq cəsarətli görünmək üçün fərqli rəngdə və materialda olanlara üstünlük vermək lazımdır. Toxunma qalstuklar sadə köynəklərinizə fərqli ab- hava qatacaq. Qırmızıya yaxın rənglərdə üzərində müxtəlif simvollar olan qalstuklar da seçiminiz arasında ola bilər.

Damalı köynəklər

Həm formal, həm də tam əksi görünüşə tez uyğunlaşa bilən damalı köynəklərinizi qalstukla tamamlayarkən diqqətli olun. Bu köynəklər bir neçə rəngdən ibarət olduğu və eninə, uzununa zolaqları olduğu üçün əlavə qarışıqlıq yaratmaq lazım deyil. Sadə modellərə və tək rəngə üstünlük verin, minimalist dizaynlı qalstukları da seçə bilərsiniz. Yaxşı olar ki, köynəyin içindən bir rəng seçib həmin rəngdə qalstuk axtarasınız.

Zolaqlı köynəklər

Zolaqlı köynəklərinizi eyni dizaynda qalstukla tamamlayaraq daha cəsur və dəbli görünün. Burada tək qayda köynək və qalstukdakı zolaqların ölçüsünün müxtəlif olmasıdır. Eyni istiqamətdə zolaqlardan əlavə, eninə və uzununa zolaqları da birlikdə istifadə etməkdən çəkinməyin. Daha da iddialı görünüş yaratmaq istəyən bəylər üzərilərində müxtəlif markaların loqolarını əks etdirən modellərə nəzər yetirə bilərlər.

Parça önəmlidir

Kətan, cins kimi parçalardan söhbət gedirsə, bilmək lazımdır ki, onları dəstləşdirmək olduqca çətindir. Xüsusilə də, qalstuk seçimində səhv edə bilərsiniz. Köynəyin parçası daha qalın, qalstukun parçası daha nazik olanda tarazlıq pozulur və heç də yaxşı görüntü meydana gəlmir. Odur ki, köynək- qalstuk məsələsində rənglər qədər material uyğunluğuna da fikir verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir