“Tonlarla dərman qəbul etməyi dayandırın, onlar sizi sağaltmayacaq, bu, çıxış yolu deyil”.
Bu sözlər məşhur yapon qastroenteroloqu Xiromi Şinyana aiddir.
Sağlamlıq haqqında bestseller kitabların müəllifi olan həkimin müalicə prinsipi ilk qidaya korreksiya etməkdən ibarətdir.
Xiromi Şinya heyvan mənşəli qidaların, xüsusən südün gündəlik rasionda azaldılmasını məsləhət görür. “Süd məhsullarında turş yağlar var ki, onlar bağırsaqda zərərli bakteriyaları artırır. Bu da orqanizmdə sərbəst radikalların və toksinlərin çoxalmasına səbəb olur”, – həkim fikrini belə əsaslandırır.
Həkim ətdən qəti imtina etməyi yox, onu 50% azaltmağı məsləhət görür.
Qidalanmanın düzgün balansı faiz nisbətində belə olmalıdır:
50% – Təmizlənməmiş taxıl məhsulları. Buğda, çovdar, yarma, vələmir, cilalanmamış yabanı düyü və s.
40% – Meyvə -tərəvəz. Vitamin, mineral, sellüloza, mikroelementlər yalnız qidalardadır. Xüsusən çiy formada daha çox yeyilməlidir.
10% – Ət və ət məhsulları. Onun da çox hissəsini toyuq və balıq təşkil etməlidir.
Çox ət yemək orqanizmdə çürümə məhsulları yaradır, insan qocalır.
Ət qəbulunun sxemi: hər 1 kq çəkiyə 1 qram zülal mənşəli qida götürülməlidir. Yəni 70 kq-lıq insan gündə 70 qram ət, toyuq və ya balıqdan birini yeyə bilər.
Suyun sxemi belədir: gündə 3 dəfə səhər yeməyi, günorta və axşam naharından 1 saat öncə 500 ml ilıq şəkildə. Su isə artezian suyu olmalıdır. Suyun çox hissəsi səhər içilməlidir.
Qəti imtina edilməli məhsullar:
Süd, marqarin, mayonez, ketçup, şirniyyat
Yaponiyalı həkimin bu sxemlərinə əməl etsəniz, 2 il ərzində bədəniniz təmizlənəcək, enerjiniz yüksələcək, dərmanlardan azad olacaqsınız, hətta genləriniz belə sağlamlaşacaq, ən əsası, əsrin qorxunc xəstəliyi xərçəngdən qoruna biləcəksiniz.