Qaraciyer

Qaraciyərin sağlamlığı üçün hansı qidaları qəbul etməli? – HƏKİM MƏSLƏHƏTİ

Baxış sayı: 600

Üz dərisində yaranan bir çox problemlərin kökü daxili orqanların xəstə olmasının xəbərçisidir. Buna görə də, ilk növbədə daxili orqanların problemlərini öyrənib, düzgün müalicə aparmaq lazımdır. Belə problemlərin yaşandığı daxili orqanlardan biri də qaraciyərdir. Bu orqanı qorumaq üçün düzgün qidalanmaya diqqət etmək vacibdir.

Kosmetoloq Elnara Rzayeva dəridə yaranan problemlərin qarşısnı almaq üçün öncəliklə qaraciyərin qeydinə qalmaq lazım olduğunu bildirir. Həkim qaraciyər sağlamlığı üçün lazım olan qidalardan danışıb.

 

Tərəvəzlər 

Tərkibində sulfid (kükürd) olan qidalar qaraciyəri təmizləyir və bədəndəki kimyəvi maddələrdən daha qısa müddətdə azad olunmağı təmin edir. Kükürdlə zəngin olan tərəvəzlər soğan, sarımsaq və kələmdir. Lakin, təkcə bu tərəvəzləri yeməklə kifayətlənməyin. Həm qaraciyəriniz, həm də ümumi sağlamlığınız üçün gundə 3-4 pors təzə tərəvəz yeməyə çalışın.

 

Meyvələr 

Antioksidant cəhətdən zəngin olan meyvələr qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edir, zərərli toksinlərin bədəndən xaric olma müddətini sürətləndirərək ümumi bədən sağlamlığımıza xeyir edir. Kivi, çiyələk, qaragilə və zoğal kimi meyvələr antikosidantla olduqca zəngindir. Bundan əlavə, portağal, qreyfrut, ərik, armud və alma kimi meyvələr də qaraciyəri qoruyur. Hal-hazırda qaraciyərlə bağlı bir probleminiz varsa, tərkibində A vitamini olan meyvələr yeməyin.

 

Taxıllar

Tam taxıllı qidalar karbonhidrat tərkibli olmağı və yağ miqdarının az olması sayəsində qaraciyərə faydalı qidalar arasında xüsusi yer tutur. Həmçinin, bu qidalar antioksidant vəzifəsi daşıyır və orqanizmimizi lazımlı vitamin və minerallarla təmin edir.

 

Protein 

Bədənin enerjisini və əzələ toxumasının yaranmasını təmin edən protein sağlam bir qaraciyər üçün lazımlıdır. Ancaq artıq miqdarda protein qəbul edilməsi qaraciyəri yora bilər. Həmçinin, proteini yağlı ət kimi qaraciyər üçün faydalı olmayan qidalar əvəzinə az yağlı qatıq, pendir, ispanaq, soya paxlası və yaşıl noxud kimi qidalardan almağa üstünlük verin. Qaraciyər xəstəliyi olanlara həkim tərəfindən protein qəbulunu məhdudlaşdırmaları tövsiyə olunur.

 

Lif

Lif tərkibli qidalar yeməklərdən alınan artıq yağların bədəndən xaric edilməsinə kömək edir. Eyni zamanda lif toksinlərin bədəndən xaric olmasında qaraciyərin fəaliyyətini asanlaşdırır. Lif baxımından zəngin qidalara misal olaraq mərcimək, ispanaq, qara lobya, armud, alma, moruq və banan kimi qidaları göstərmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir