ABŞ-ın Luiziana xəstəxanasının həkimləri idmanla məşğul olmayan insanların fiziki və psixoloji sağlamlığı haqda tədqiqatlar aparıblar.
Nəticələri “British Journal of Sports Medicine” adlı məqalədə yayımlanan yazıda, idmanla mütəmadi məşqul olmamağın yüksən qan təzyiqinə də səbəb olduğu qeyd edilib.
Tədqiqatlar göstərib ki, dünya əhalisinin yarıdan çoxu hərəkətsiz vəziyyətdə yaşayır. Buna görə də mütəxəssislər, idmanla məşğul olunmasa da, təmiz havada gəzməyi və mütəmadi olaraq velosipeddən istifadə etməyi tövsiyyə edirlər.