IDMAN

İdmanla məşğul olmamaq bu xəstəliyi artırır

Baxış sayı: 437

ABŞ-ın Luiziana  xəstəxanasının həkimləri idmanla məşğul olmayan insanların fiziki və psixoloji sağlamlığı haqda tədqiqatlar aparıblar.

 168 ölkənin vətandaşı üzərində aparılan araşdırmalar göstərib ki, idmanla məşğul olmayanlarda demans ( Dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə, kimi zehni funksiya bacarıqlarının axsaması və zamanla itirilməsi) xəstəliyi riski yüzdə 8%-ə qədər artıb.

Nəticələri “British Journal of Sports Medicine” adlı məqalədə yayımlanan yazıda, idmanla mütəmadi məşqul olmamağın yüksən qan təzyiqinə də səbəb olduğu qeyd edilib.

Tədqiqatlar göstərib ki, dünya əhalisinin yarıdan çoxu hərəkətsiz vəziyyətdə yaşayır. Buna görə də mütəxəssislər, idmanla məşğul olunmasa da, təmiz havada gəzməyi və mütəmadi olaraq velosipeddən istifadə etməyi tövsiyyə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir