duzlu keks

Duzlu keks necə hazırlanır?

Baxış sayı: 654

Lazım olan ərzaqlar

3 ədəd yumurta

2 stəkan süd

2 çay qayığı duru yağ

1 ədəd orta boy kabak (rəndələnmiş)

0,50 ədəd qırmızı bibər

10 ədəd qara zeytun

1 stəkan kub kub doğranmış bərk pendir

1,50 stəkan qarğıdalı unu

1 çay qayığı un

0,50 dəstə şüyüd

0,50 dəstə cəfəri

1 paket qabartma tozu

duz

çörəkotu

 

Hazırlanma qaydası

Yumurta köpüklənənə qədər çırpın. Duru yağ və südü əlavə edin. Rəndələnmiş qabak,qırmızı bibər,zeytin ,pendir , incə doğranmış şüyüd və cəfərini əlavə edin.Tərəvəzləri taxta qaşıq yardımıyla möhkəm qarışdırın. Unu , duzu və qabartma tozunu qoyun. Qarışdırma işləri bitdiyində tünd rəngli bir xəmir əldə etmiş olacaqsınıız. Yağlanmış və un səpilmiş siniyə 1 barmaq qalınlığında olacaq şəkildə yayın. Üstünə çörəkotu sərpin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir