dodaq

Dodaqdakı çatları necə müalicə etmək olar?

Baxış sayı: 683

Dodaqların yumşaq və zərif olması xüsusilə soyuq qış aylarında tez-tez çatlamasına səbəb olur. Beləliklə, sadə vasitələrlə dodaqda çatların yaranmasının qarşısını alan və mövcud yaraları sağaldan vasitələri təqdim edir.

 

Maye qəbulunu artırmaq:

Dodaqların quruması və çatlaması maye azlığından irəli gəlir. Bu səbəbdən gün ərzində çoxlu maye qəbul edin. Bu, çatların qarşısını alacaqdır.

 

Bal:

Quru və yara almış dodaqlar üçün yaxşı antibakterial xüsusiyyətlərə malik müalicəvi qidadır. Sadəcə, bir az balı dodaqlarınıza krem kimi çəkmək onları müalicə etməyə kifayət edəcək. Balı 15 dəqiqə saxlayıb sonra isti su ilə yuya bilərsiniz. Bu tətbiq dodaqlarınızı qidalandıraraq sağalma prosesini sürətləndirir.

 

Aloe vera geli:

Dodaqlara müntəzəm olaraq bir neçə gün az miqdarda aloe vera geli çəkməklə bu problemdən xilas ola bilərsiniz.

 

Xiyar:

Dilimlənmiş xiyarları çatlamış dodaqda 10-15 dəqiqə saxlamaq kifayətdir.

 

Duzlu su:

Duzlu su sağalma prosesində yaranın təmiz qalmasına kömək edir. Bir stəkan isti suya 1 xörək qaşığı duz əlavə edib qarışdırın. Pambıq parça ilə suyu dodaqlara hopdurun. Tətbiq zamanı dodaqlarda yanma və ağrı ola bilər, lakin bunlar bir neçə dəqiqədən sonra keçəcək.

 

Təbii pilinq:

Şəkər tozu və limon suyu ilə hazırlayacağınız pilinq dodaqlardakı ölü dərinin təmizlənməsinə kömək edir. Bir xörək qaşığı şəkər tozuna bir neçə damcı limon şirəsi əlavə edib qarışdırın. Dodaqlara masaj edərək çəkin. Yenidən çatların yaranmaması üçün nəmləndirici balzamdan istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir