geyim

Geyimlərinizin yeni kimi görünməsi üçün nə etməli?

Baxış sayı: 545

Yun koftalarınızın tüklənməsinin qarşısını alın

Yeni aldığınız yun koftalarınızın tiftiklənməməsi üçün bir neylon torbaya qoyaraq 24 saat soyuducunun buzluğunda gözlədin.Beləliklə tiftiklənmənin qarşısı alınacaq.

 

Məxmər geyimlər

Çirklənmiş tünd rəng məxmər paltar və şalvarlarınızı duzla təmizləyə bilərsiniz. Təmiz bir fırçanı təmiz və quru bir duza batıraraq geyimlərinin ətəklərinə qüvvətlə sürtün. Ləkələr gedəcək, istifadə edilməkdən yaranan parlaqlıqlar itəcəkdir.

Ayrıca köhnəlib də parlayan şalvarlarınızdakı bu parlaqlığı aradan qaldırmaq üçün ütü bezini sirkəli suyla isladın, sonra çox isti su ilə ütüleyin. Parlaqlığı tamamilə itdiyini görəcəksiniz.

 

Parlayan parçalar

Ətək və şalvarlarınızda parlaqlıqlar meydana gəlirsə, bu hissələri yeni kəsilmiş bir kartofla yaxşıca ovuşdurmaq lazımdır. Quruduqdan sonra fırçalayabilərsiniz. Parlaqlıqdan əsər-əlamət qalmaz.

 

Ütü edərkən

Ütü edərkən, ütüləyəcəyiniz köynək, ətək kimi geyimlərin altına bez, dəsmal,pərdə kimi geniş əşyalar qoysanız ikisi birdən eyni anda ütülənəcəktir.

 

Saralan geyimlər

Saralmağa başlayan ağ geyimlərinizi bir qaşıq oksigenli su qatdığınız 1 litr ilıq suda 1 saat gözlədin. Sarı yerlərin necə ağardığına şahid olacaqsız.

 

Yun geyimləri yumağın sirri

İstər yun, istər sintetik ipliklə toxunmuş olsun, hər hörgüdə ortaq bəzi qaydalar vardır:

-Hər zaman üçün, sadece ilıq su istifadə edin, durulamada belə. Durulamada tez-tez dəyiştirərək bol su istifadə edin.

-Geyimləri sabunlu suya salın və çox ovuşturmadan nazik bir şəkildə yuyun.

-Toxunma geyimləri əsla tez tez yumayın.Yoxsa geyimləriniz elastikiyini itirər və deformasiya olar.

-Yaş toxunma geyimlərinizi sıxmayın, quru bir dəsmalın üzerinə qoyub açın. Üzerinə də ikinci bir dəsmal qoyun ve dəsmalın üstünə basaraq artıq suyu çıxardın. Sonra geyimlərinizi isti qaynaqlardan uzaq bir yerə qoyun.

 

Toxunma paltarları ütüləyərkən

Ən yaxşı ütüləmə metodu,, geyimin altına nəmli bir bez qoymaq və üzerine yüngül, quru bir bez qoymaqdır. Quru bezin üzərindən çox basmadan ütüyü keçirin. İsti ütüyü əsla yunun üzərinə birbaşa qoymayın.Yun paltarları hər zaman tərs tərəfindən ütüləyin.

 

Tiftiklənən yun koftalar

Əgər yun koftalarınız köhnəlmiş görünürsə,üstündə topa tüklər meydana gəlib tiftiklənibsə kədərlənməyin.

Əvvəlcə əlinizlə üstündəki o topa tükləri təmizləyin.Sonra tük bir fırçayla toxunmuş yönün əksinə fırçalayın.Yun kofta təmizləndikcə bunu təkrarlayın.Koftanızı yeni alənmış kimi olduğunu görəcəksiniz!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir