Bizlər həm kababı həm də xəmiri sevərək tükətdiyimizə görə çox dadlı bir resept ortaya çıxmış olur. Biz bu resept üçün asanlıqla hazırlaya biləcəyiniz sadə bir lavaş tərifini də sizlərə təqdim edirik. Beyti kababının dadına dad qatmaq üçün həm pomidor, həm də bibər tomatından istifadə etdik. “Gencaile.az” saytı olaraq bu kababı sevdiklərinizlə bərabər hazırlamağınızı arzulayırıq.
Beyti kababı üçün lazım olan ərzaqlar
1 ədəd yumurta
1 ədəd soğan
2 diş sarımsaq
1 stəkan suxarı
1 çay qayığı cirə
1 çay qayığı istiot
1,50 çay qayığı duz
1 yemək qaşığı zeytun yağı
400 q qiymə
Beyti Kababının Lavaşı Üçün
3,50 stəkan un
2 stəkan ilıq su
1 paket instant maya
2 yemək qaşığı duz
Beyti kababının sosu üçün
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı tomat
1 yemək qaşığı su
1 çay qayığı bibər tomatı
1 stəkan sarımsaqlı qatıq
Hazırlanma qaydası
Beyti kababı üçün lavaşın hazırlanması
Unu bir qaba ələyin və sonda isə duzunu və bütün ərzaqları qarışdırın. Hamar bir konsistensiya alana qədər yoğurun. Yoğurduğunuz xəmirləri 30 qramlıq kündələrə ayırın. Kündələdiyiniz xəmirin üzərinə nəmli bir bez və ya strec film çəkin bir az mayalansın. Mayalanan xəmirləri azca unlayaraq vərdənənin yardımı ilə incə yayın. İncəltdiyiniz xəmirləri sacda və ya teflon tavada bişirərək soyumağa qoyun. İstəsəniz hazır yuxa və ya lavaş da istifadə edə bilərsiniz. Lavaşı bişirmək üçün tavanızı yağlayın .
Beyti kababı üçün sosun hazırlanması
Kərə yağını əridin. Pomidor və bibər tomatını da əlavə edib bir az qarışdırın. Sonra suyunu da əlavə edib bir-iki dəqiqə pokurdayana qədər qarışdırın.Artıq kabab üçün sosunuz da hazırdır.
Beyti kababı üçün küftənin hazırlanması
Soğan və sarımsağı robortdan keçirin və suyunu süzün. Qiyməni bir qaba alın. Soğan və sarımsağı da qiyməyə əlavə edib azca qarışdırın. Suxarı, yumurta, zeytinyağı və ədviyyatları da qarışıma əlavə edin. Ərzaqları bir -birinə qatışdıraraq yoğurun. Hazırladığınız qiyməni strec filmə bükərək soyuducuda 15 dəqiqə saxlayın. Küftələri uzunsov şəklə salın. Küftələri əvvəlcədən 190 dərəcə qızdırdığınız sobada qızarana qədər bişirin. İstəsəniz küftələri şişdə də bişirə bilərsiniz.
Beyti kababının bişirilməsi
Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın. Hazırladığınız lavaşin üzərinə kərə yağı çəkin. Bişən küftələri daha öncədən hazırladığınız lavaşın içinə ara saxlamadan bükün.Hazırladığınız rulonu yuvarlaq şəkildə dilimləyə bilərsiniz. Sonra üzərinə kərə yağı sürtərək sobaya verin.
Beyti kababının servis edilməsi
Küftələr bişərkən yanına pomidor və bibər də əlavə edərsinizsə servis edərkən tabağınız çox gözəl görünər.
Hazır kababın üzərinə hazırladığınız sosu və sarımsaqlı qatığı da əlavə edərək servis edə bilərsiniz.
Nuş Olsun!