qadin-is

Tətildən sonra işə necə uyğunlaşmalı?

Baxış sayı: 2. 696

Soyuducuda sonuncu meyvə, salat, müxtəlif içkilərin  və bunlarla yanaşı,  Yeni il tətili bitdiyi zaman yenidən iş həftəsinə qayıtmış oluruq. Bayram məzuniyyətləri bizə gücümüzü bərpa etməyə kömək etsə də, yenidən işə qayıtdıqda uyğunlaşmağımıza çətinlik törədir. Bəs tətildən sonra yaranmış tənbəllikdən ən tez şəkildə necə xilas olmaq olar? İşə adaptasiya olunmaq üçün nə edilməlidir? Bunun üçün bir neçə sadə məsləhətlərə əməl etmək lazımdır.

Mütəxəssislər hesab edirlər ki, ilk günlər yüngül iş rejimi ilə başlamaq lazımdır. Özünüzü eyni anda bütün işləri görməyə məcbur etməyin. İşə başladığınız ilk günlərdə tətil  vaxtında yaşadıqlarınızın təsiri altında olacaqsınız və bu da bütün fikrinizi işə yönəltməyə mane olaraq sonda səhvlər etmənizə səbəb olacaq. Məhz elə bu səbəbdən ilk olaraq planlı şəkildə onları yerinə yetirəcəyiniz zamanı müəyyən edin.

Həmkarlarınız ilə ünsiyyət iş atmosferinə qayıtmaq üçün əla fürsətdir. Onlarla bayram təəssüratlarını paylaşdıqdan sonra iş planına və layihələrinə dönmək asan olacaq. İstirahətdən işə keçidi rəvan şəkildə yerinə yetirin.

Psixoloqların sözlərinə görə, bayram tətilindən sonra işçilərin 80 faizində işləmək həvəsində və motivasiyasında ruh düşkünlüyü müşahidə olunur. Məhz elə motivasiya enerjinin mənbəyi hesab olunur. Təbii ki, hər bir insanın şəxsi motivasiyası var: kimisi üçün bu  puldur, digəri üçün prestijdir, kimisi üçün isə müdirin onu tərifləməsidir və s. Bu və ya digər baxımdan ərtafınızda mühit yaratmağa çalışın.

Sevdiyi iş ilə məşğul olanlar üçün yeni iş həftəsi heç də pis deyil.  Əksinə belə insanlar tətil zamanı iş üçün darıxanlardan olurlar. Lakin darıxmayanlar üçün xüsusi psixoloji məşqlər mövcuddur. Məsələn, çalışmaq lazımdır ki, işin 10 müsbət tərəfini müəyyən edəsiniz. Nəticədə görəcəksiniz ki, dünya heç də pis deyil.

is

Bundan başqa, istirahət günlərində istirahətə layiq olmaq üçün həftə arası üzərinizə düşən işi məsulliyyətli şəkildə yerinə yetirmək lazımdır. Zövq aldığınız şeyləri tez-tez etməkdən çəkinməyin və bunları etmək üçün məhz həftə sonunu gözləməyin. Adət etdiyiniz şeyləri belə təkrarlamaq işə yenidən uyğunlaşmağınıza kömək edəcək.

Günün rejimində dəyişiklik orqanizm üçün böyük dəyişiklik deməkdir. Artıq işə adaptasiya olunmağın vaxtıdır və bu da o deməkdir ki, səhərə kimi televizor və ya kompyuter qarşısında oturmaq alınmayacaq. Yadda saxlamaq lazımdır ki, istirahət fizioloji olmalıdır. Ən yaxşısı budur ki, öz yuxu normanızı müəyyən edəsiniz və ona əsasən rejiminizi təyin edəsiniz.

Yeni il tətilindən sonra bir müddət bayram əhval-ruhiyyəsində qalacaqsınız. Lakin tez və ya gec işə çıxmaq məcburiyyətindəsiniz. Buna görə də  bu kimi məsləhətlər sizə maksimal dərəcədə tez və effektli şəkildə iş fəaliyyətinizə dönməyə kömək edəcək.

Fazile Camalova

Hər halda mövzuya münasibət bildirən psixoloq Fazilə Camalova da təximən yuxarıda sadaladığımız tövsiyələrə uyğun məsləhətlər verdi. Gəlin, psixoloqu dinləyək: “Zamanla mübarizə apardığımız bir dövrdə özümüzə, ailəmizə vaxt ayırmaq üçün bayram tətilləri tam olaraq yerinə düşür.İlk öncə onu deyim ki, hər zaman bayramdan sonra işə geri dönəcəyimizi və yenidən daha gözəl enerji ilə çalışacağımızı unutmamalıyıq. Bu baxımdan bayram günlərində yaşadığımız düzgün rejim sayəsində işə daha rahat adaptasiya olunacağımızı yadda saxlamalıyıq. Düzgün qidalanma, düzgün yuxu rejimi və s. olmaqla hər şeyi iş günlərində olduğu kimi etsək, bayramdan sonra işə konsentrasiyada problem yaşamarıq. Yaxşı olar ki, son tətil günündə edəcəklərimizin proqramını öncədən tərtib edək və psixoloji cəhətdən özümüzü sabahdan etibarən başlayacaq iş günlərinə hazırlayaq. Bu halda adaptasiya ciddi problem olmayacaq.”

 

Könül Əliyeva




1 şərh “Tətildən sonra işə necə uyğunlaşmalı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir