cimmek

Soyuq duş qəbul etməyin müsbət və mənfi yönləri – EKSPERT YANAŞMASI

Baxış sayı: 686

Əksər insanlar isti və ilıq suda yuyunmağı, duş qəbul etməyi sevir. Bu, çoxlarına rahatlıq gətirir. Soyuq su ilə duş alanlara isə çox az hallarda rast gəlmək mümkündür. Amma havaların getdikcə isinməsi soyuq duş qəbul edənlərin sayının artmasına səbəb olur. Əslində soyuq duş insanlar üçün faydalı sayılır, amma təbii ki, bunun zərərli yönləri də var. Soyuq duş qəbulunun mənfi və müsbət tərəfləri xüsusən yay aylarında gündəmə gələn məsələ olduğundan maraqlı olacağını nəzərə alıb, mövzu ilə bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasovaya müraciət etdik.

Nermine Abbasova

Öncə soyuq  duşun faydalarından bəhs edən Nərminə Abbasova deyir ki, soyuq duş daha gümrah olmağa kömək edir. Son məlumatlara görə, soyuq su qan dövranını da yaxşılaşdırır. Ələlxüsus səhərlər qəbul edilən soyuq duş daha gümrah olmağa imkan verir.

Həkim-terapevt həmçinin bildirdi ki, soyuq duş pis əhval-ruhiyyəni, əsəbiliyi aradan qaldırır. Eyni zamanda soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də dəridə olan iltihabi prosesin qarşısını alır.

Müxtəlif səbəblərdən duş qəbul edə bilməyənlərə məsləhətlərini də çatdıran Nərminə Abbasova soyuq su ilə dəsmalı islatmağı və onunla bədənlərini silməyi tövsiyə etdi və bu yolla həm sinir sistemini, həm də ümumi orqanizmi möhkəmləndirə biləcəklərini bildirdi. Həkim

İlıq su ilə duş qəbulundan sonra prosesi soyuq duş qəbul etməklə yekunlaşdırmağı da məsləhət görən həkim onu da dedi ki, soyuq duş artıq çəkili insanlar üçün də faydalı sayılır: Hər gün soyuq duş qəbul etməklə bədəndə yığılan piyləri asanlıqla əritmək olar. Bu, orqanizmdə yığılan toksinlərin kənarlaşmasına da yardım edir. Soyuq su bədəndə olan qidalandırıcı maddələri artırır, hüceyrələri yetərincə oksigenlə təmin edir”

Nərminə Abbasova soyuq su ilə duş qəbulunun zərərlərindən danışarkən isə aşağıdakıları dedi: “Yayda sərinləmək üçün soyuq duş qəbul etmək bir çox xəstəlikləri kəskinləşdirir. Ona görə də tam sağlam olmayan insanların soyuq su ilə duş qəbul etməsi məsləhət deyil. Əgər insanın şəkərli diabet, təzyiq, ürək-damar problemi varsa, qəfil soyuq suyun təsiri damarların spazmına səbəb olacaq, bu da ürək, beyin xəstəliklərini aktivləşdirir. Eləcə də azyaşlı uşaqların, hamilə qadınların soyuq duş alması yolverilməzdir”.

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir