metbex

Mətbəx mebeli ölçülərində nələrə diqqət etməli? – “EVİN İŞİ”

Baxış sayı: 2. 140

Mətbəx mebeli ölçülərində əsasən alt və üst dolabların uzunluğu, eni, hündürlüyü və başqa məqamlar nəzərə alınır. Mebeldə ölçülər düzgün götürülməzsə, bu gələcəkdə böyük problemlərə səbəb ola bilər. “Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında bu gün “mətbəx mebeli ölçülərində nəyə diqqət etməliy ik” sualına cavab tapacağıq.

Mətbəx melinin dizaynı və təmiri asan iş kimi görünsə də, əslində ev dizaynında ən çətin prossesdir. Hətta, kiçik problemlər belə mətbəxdən istifadəyə başlanıldıqda böyük problemlərə səbəb olur. Mətbəxinizi dizayn edərkən ucuza qaçmayın, əks halda mətbəxinizdə görmək istəmədiyiniz bir görüntü ilə qarşılaşa bilərsiniz. Mətbəx gün ərzində daim istifadə etdiyimiz bir yer olduğu üçün onun dizaynı evin digər otaqlarından daha vacibdir.

Mətbəxinizi sıfırdan dizayn edirsinizsə sizin işiniz bir az daha rahat olacaq çünki mətbəx mebelinin təmiri həm çox pul tələb edir, həm də çox vaxt aparır.

Mətbəx dizayn olunmamışdan əvvəl ilk öncə mətbəxdən istifadə edəcək insanın fikirləri diqqətə alınmalıdır. Onun mətbəxdən istifadə vərdişləri nəzərdən keçirilməlidir. Məsələn, mətbəxdə ən çox nə işlər görür, hansı hissədən tez-tez istifadə edir, mətbəx vərdişi necə formalaşıb və başqa məqamlar diqqətə  alınmalıdır.

Mətbəxinizin sıfırdan təmir edilməyinə baxmayaraq mətbəxlər əsasən, bu standart ölçülər əsasında qurulur.

Mətbəx mebelində üst və alt  mebel ölçüləri eynilik təşkil edir. Buna dünyanın hər bir yerində şahid ola bilərsiniz.

Bir neçə mətbəx mebeli ölçüləri ilə tanış olaq (ölçülər “milli metrlə” verilmişdir)

Bu ölçülər əsasən L tipli mətbəx mebelləri üçün nəzərdə tutulmuşdur.

metbex dizayn olculer mətbəx ölçüləri dekor mebel 1024x791 - Mətbəx mebeli ölçülərində nələrə diqqət etməli?

metbex mebeli olculeri dizayn mətbəx 1024x791 - Mətbəx mebeli ölçülərində nələrə diqqət etməli?

metbex mebeli olcu mətbəx kuxna dizayn ölçü 1024x791 - Mətbəx mebeli ölçülərində nələrə diqqət etməli?

 

metbex mebeli olcu mətbəx ölçü kuxna 1024x791 - Mətbəx mebeli ölçülərində nələrə diqqət etməli?

 

Mətbəx mebeli alt dolablarında hündürlük standart olaraq 72 sm müəyyənləşdirilir. 3 sm dəzgah hündürlüyü, 10 sm isə alt hissəyə ayrılır. Bu ölçü mətbəxdən istifadə zamanı rahatlıq yaradacaqdır.Alt dolabların dərinliyi isə standart olaraq 57 sm götürülür. Bu həm depolamada, həm dəzgah üzərində iş görərkən, həm də mətbəx çanağından istifadəni rahatlaşdırır. Lakin, bu ölçülər mətbəx genişliyinə görə dəyişə bilər. Məsələn müxtəlif ölçüdə elektronik əşyalar yerləşdiriləcəksə bu zaman ölçü ona uyğun müəyyən edilir. Paltar yuyan maşın, qabyuyan maşın, soba standart olaraq 60 sm müəyyən edilir və bu zaman modullar arasındakı məsafəni 61 sm götürmək lazımdır. Soyuducuların isə ölçüləri standart olmadığı üçün modullar arasındakı məsafə 10 sm götürülür.

Mətbəx üst dolablara isə elə də böyük bir cizhazlar yerləşdirilmədiyi üçün ölçülər çox da böyük götürülmür. Üst dolab ölçüsü əsasən 33 sm müəyyən edilir. Bu həm də mətbəxdə baş tuta biləcək qəzaların qarçısını alır

Mətbəx dolablarında bu məqamlara diqqət yetirilərsə mətbəx mebeliniz istifadəyə tam əlverişli olacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir