piqment lekeleri

Dəridə əmələ gələn piqment ləkələri ilə mübarizə üsulları

Baxış sayı: 446

Yaz və yay aylarında həm qadınların, həm də kişilərin dərisində açıq qəhvəyi rəngli dairəvi formada piqment ləkələr yaranır. Günəş şüalarının təsirindən əmələ gələn ləkələr üzdə kəpənəkvari şəkildə yayılır və müalicəsi üz dərisindən asılı olaraq dəyişir. Daha çox gün kremlərindən və lazer üsulundan istifadə edilir

Mövzuyla bağlı danışan kosmetoloq Ülviyyə Həsənova aşağıdakıları dedi: “Yay aylarında üz üçün SPF kremlərindən hər gün istifadə edilməlidir. Əgər artıq ləkələnmiş dəri varsa, onunla əlaqədar müalicələr soyuq mövsümdə – oktyabrdan marta qədər aparılır. Həmin vaxtdan sonra ləkə ilə əlaqədar heç bir prosedur etmək olmaz”.

Onun dediyinə görə, əgər üzdə ləkə yaranıbsa, həmin problemlər müasir kosmetoloji porosedurlar vasitəsilə aparılmalıdır: “Müalicə proseduru ləkələrin yaranma müddəti və qalınlığından asılı olaraq seçilir. İlk seansdan sonra daha düzgün nəticəyə gəlmək olur, çünki bu, fərdi xüsusiyyət daşıyır. Müalicə üsulları kimi kosmetologiyada ağardıcı mezokokteylər və ağardıcı pilinqlər, dermatoloji olaraq krem və həblərdən istifadə edilir”.

Bundan başqa günəşli günlərdə istifadə olunan kosmetikalar da ləkələrin artmasına gətirib çıxarır. Odur ki, yay aylarında düzgün kosmetika seçimi də çox vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir