qida

Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?

Baxış sayı: 677

Pəhrizə başlayarkən yeməyin temperaturuna əhəmiyyət vermədən ilk növbədə nəyi və hansı miqdarda yemək düşünülür. Düzgün həzm və istədiyiniz çəkiyə sahib olmaq üçünsə, istehlak edilən yeməyin temperaturu da mühüm rol oynayır.

Pediatr, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü DR. Rəna Bayramova deyir ki, ötən əsrin 80-ci illərində geniş istifadə olunan “soyuq pəhriz”in əsas qaydası qidanın soyuq, hətta bəzən buzlu formada yeməsi idi. Bu pəhriz sürətli arıqlamaq vəd etsə də əslində bu belə deyil. Çünki bədən enerjini təkcə yeməyi həzm etməyə deyil, həm də temperaturu tarazlamağa sərf edir. Bu pəhriz çəki atmaqdan çox disbakterioz və mədə-bağırsaq traktının ciddi problemlərinin yaranmasına səbəb olur.

rena bayramova

Dietoloq bildirir ki, buna görə də ilk növbədə soyuq qidalardan imtina etməlisiniz. Soyuq yemək mədə-bağırsaq traktından daha sürətli keçir. Nəticədə zülallar amin turşularına parçalanmadan və həzm olunmadan bağırsaqlara daxil olur. Bu da ən yaxşı halda mədədə ağırlıq, ən pis halda isə disbakteriozun inkişafı, metabolik prosesin pozulması və hətta mədə-bağırsaq traktının ciddi xəstəlikləri ilə nəticələnir.

Həkim qeyd edir ki, yağda bişmiş istənilən yemək – un məmulatları, ət və ya tərəvəz isti yeyilməlidir. Soyuq olduqda, yağlar daha pis parçalanır, qarında narahatlıq və ağırlıq yaradır. Eyni zamanda, dietoloqlar da bütün bişmiş yeməklərin isti yeyilməsini tövsiyə edirlər.

Rəna Bayramova onu da vurğuladı ki, bu qayda yalnız kartof üçün istisnadır. Bişmə zamanı tərəvəzin tərkibindəki nişastada reaksiyalar baş verir ki, bu da yalnız soyuduğu zaman bitir. Bu səbəbdən kartofun soyuq halda istehlak edilməsi tövsiyə olunur.

Həkimin sözlərinə görə, digər bir əsas qayda isə isti yeməyi soyuqla qarışdırmamaqdır. Bu birləşmə vaxtından öncə toxluq hissinin yaranmasına mane olur. Bu da insanı həddindən artıq yeməyə təşviq edir.

 

Hazərladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir