QIDA

Maddələr mübadiləsini sürətləndirməyin ÜÇ YOLU

Baxış sayı: 566

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində maddələr mübadiləsini sürətləndirməyin üç yolunu açıqlayıb.

Onun fikrincə, maddələr mübadiləsi həyat boyu dəyişə bilər və bir çox amillərdən asılıdır.

“Əgər siz xroniki olaraq yuxusuzsunuzsa və ya hər zaman çox yatırsınızsa, bunun səbəbini başa düşməlisiniz. Yeri gəlmişkən, bu depressiyanın əlamətlərindən biridir”, – Myasnikov izah edib.

Onun sözlərinə görə, rejimə riayət etmək və gündə ən azı yeddi saat yatmaq vacibdir.

Maddələr mübadiləsi müxtəlif ədviyyatlardan da təsirlənə bilər, lakin onlardan istifadə etməzdən əvvəl həkimə müraciət etmək lazımdır. Maddələr mübadiləsini artırmaq üçün Myasnikov şəkər və duz yeməyi dayandırmağı məsləhət görür.

Teleaparıcı ac qalmamağı tövsiyə edib, çünki bu, əks effekt verə bilər. “Sən acsan – maddələr mübadiləsi dərhal dəyişir.”, – Myasnikov bildirib. Maddələr mübadiləsinin yavaşlaması səbəbindən kalorilər daha yavaş yandırılmağa başlayır, buna görə də həddindən artıq pəhrizlər, stereotiplərin əksinə olaraq, çəki artımına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir