Koronavirus zamanı görmə sinirinin zədələnməsi nəticəsində insan tamamilə kor ola bilər. Bunu Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.
“Ciddi təhlükəni mərkəzi damarların trombozu və mərkəzi retinal arteriyalarının tıxanması təşkil edir. Bu cür təzahürlər koronavirusun sistemik trombotik ağırlaşmaları ilə əlaqədardır”
Onun sözlərinə görə, görmə qabiliyyəti bərpa olunmaya bilər. Bu, əsasən görmə aparatında üzvi dəyişikliklərin dərəcəsindən və həkimə başçəkmə vaxtından asılıdır. Uzunmüddətli retinopatiya (torlu qişanın zədələnməsi nəticəsində yaranan görmə pozğunluğu patologiyası) və ya tromboz ilə dönüşü olmayan dəyişikliklər riski var, bundan sonra görmə qabiliyyətini “xəstəlikdən əvvəlki vəziyyətə” qaytarmaq mümkün olmur.