Xurma

İmmuniteti möhkəmləndirmək üçün faydalı mövsümi qida məhsulları

Baxış sayı: 576

Balqabaq, göbələk və xurma soyuq aylarda sağlamlığı möhkəmləndirməyə kömək edir.

Həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, payız-qış dövründə balqabaq yemək çox faydalıdır. Bu tərəvəzin narıncı rəngi yerli immunitet funksiyasını icra edən və viruslar üçün maneə olan selikli toxumaların yaxşı vəziyyətini təmin edən A vitamininə çevrilən çox miqdarda beta-karotin barədə xəbər verir.

Soyuq aylarda xəstəliyin qarşısını almağa kömək edən daha bir faydalı mövsümi qida məhsulu – xurma da beta-karotinlə zəngindir. Bundan başqa, xurmada immun sistemi üçün böyük əhəmiyyət kəsb edən çoxlu miqdarda C vitamini var: onun əldə edilməsi patogenlərlə mübarizə aparan immun hüceyrələrinin istehsalı üçün çox vacibdir.

Payız-qış mövsümündə alma yemək də faydalıdır – onun qəbulu ağciyərin sağlamlığını möhkəmləndirir, respirator xəstəliklərdən orqanizmin müdafiəsini gücləndirir.

Göbələk də immunitetin möhkəmləndirilməsində kömək edə bilər. Bu qida məhsulu D vitamini mənbəyidir. Ən əsası, yoxlanmış göbələk istehlak etmək, çünki yanlış yerdə yığıldıqda onun tərkibində torpaqdan hopmuş zəhərli maddələr ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir