63bbe18dca6da63bbe18dca6db167325735763bbe18dca6d863bbe18dca6d9

Kraliyyət xanımlarının hamiləlik stilləri

Baxış sayı: 480

İngiltərə kral ailəsinin şəxsi həyatları həmişə insanların marağında olub. Onlar daim geyimləri, gündəlik həyat tərzləri və münasibətləri ilə diqqət çəkiblər. Bu dəfə isə kraliyyət ailəsinin xanımlarının hamiləlik dövründə geyindikləri geyimlər gündəmə gəlib.

Beləliklə, xarici mediaya istinadən həmin şəkilləri təqdim edirik:

 

Kraliça Yelizavet

Kraliça Yelizavetin hamiləlik dövründəki görüntüləri daha çox arşivlərdə saxlanılır. Onun internetdə olan yeganə hamiləlik şəkli təqdim etdiyimiz fotodur. Həmin şəkildə də necə necə şıq göründüyü aşkardır.

Şahzadə Anne

Kraliça Yelizavet və Şahzadə Filipin yeganə qızı olan Şahzadə Annenin hamiləlik tərzində idman zərifliyi görünür. Anne idman üslubunu sevdiyini bu dövrlərdə də büruzə verib.

Leydi Diana

Kral Çarlzın keçmiş həyat yoldaşı mərhum Leydi Diana qadınlar arasında həmişə moda ikonası hesab edilib. Şəkillərə baxan zaman Diananın hamiləlik vaxtlarında da çox şıq olduğu görünür. Həmin dövrlərdə o, daha çox rahat və sadə paltarlara üstünlük verib. Hətta Diana eyni paltarın bir neçə fərqli rəngini geyinərək də istifadə edib.

Keyt Middleton

Kraliyyət ailəsinin ən sevilən xanımlardan biri olan Keyt Middleton hamiləlik dövründə də zərifliyini qoruyub saxlayıb. Bu vaxtlarda o, hündürdaban ayaqqabılardan vazkeçməyib. Onun bu özgüvənli və şıq libasları bir çox qadınların ilham mənbəyi olub.

Meqan Markl

Keyt Middleton kimi Meqan Markl da heç vaxt hündürdaban ayaqqabılardan imtina etməyib. O, hamiləlik dövrlərində daha çox don və pencək kombinlərinə üstünlük verib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir