Son illərdə ürək xəstəliklərinin yaşı olduqca azalıb. Həmkimlər bu durumun qeyri-sağlam qidalanma ilə birbaşa əlaqəli olduğu qənaətindədirlər. Mütəxəssislər son zamanlar geniş yayılan və gənclərin daha çox istifadə etdiyi içkilər və qidalarla bağlı həyəcan təbili çalıb.
“Ürəyiniz sizdən daha yaşlı ola bilər. Məsələn, qeyri-sağlam qidalanan, hər gün enerji içkiləri qəbul edən, idmandan uzaq olan, siqaretdən istifadə edən 35 yaşlı gəncin ürəyi 55-60 yaşlarındadır. Tam əksinə, bioloji yaşı 56 olan, ancaq qidalanmasına və həyat tərzinə diqqət edən bir insanın ürək yaşı 40-dan artıq deyil” deyə, elm adamları açıqlayıb.