1) Sizin sevgiliniz telefonla danışır
A) Başa düşməyə çalışırsınız danışan kimdir – 2 bal
B) Sakitcə öz işinizlə məşğul olursunuz – 1 bal
C) Qonşu otağa keçib telefonu dinləyirsiniz – 3 bal
2)Kimsə sizə deyir ki, sevdiyniz adam başqası ilə qalıb
A) Faktı inkar edirsiniz – 1 bal
B) Sevgilinizdən soruşursunuz – 2 bal
C) Sizə xəbər gətirən adamdan ətraflı məlumat öyrənirsiniz – 3 bal
3) Sizin sevgiliniz gündəlik yazır, lakin sizə göstərmək istəmir
A) Gizlincə oxuyursunuz – 3 bal
B) Mənəvi aləminə hörmət edirsiniz – 1 bal
C) Tələb edirsiniz ki, gündəliyi sizə versin – 2 bal
4) Kimsə sevgilinizə bahalı konfet gondərib
A) Hədiyyənin mənşəyi ile maraqlanırsınız – 2 bal
B) Onun yeyilməsində iştirak edirsiniz – 1 bal
C) Konfet qutusunu zibil qabına atırsınız – 3 bal
5) Öz zahiri görünüşünüzə dair komplimenti xoşlayırsınız
A) Sevmirəm – 1 bal
B) Məmnuniyyətlə qəbul edirəm – 3 bal
C) Bəzən bu mənə xoş gəlir – 2 bal
6) Siz sevgilinizlə rəqsə getmisiniz lakin o sizinle rəqs etmək istəmir
A) əhəmiyyət vermirsiniz – 1 bal
B) Onların rəqs zamanı nə haqda danışdıqları ilə maraqlanırsınız – 2 bal
C) Bu sizin xoşunuza gəlmir – 3 bal
7) Sevgiliniz uzun müddət yoxa çıxır
A) Qayıdanda harada olması və nə etməsi haqda soruşursunuz – 2 bal
B) Səbrirsizliklə yolunu gözləyirsiniz – 1 bal
C) Qalmaqal qoparıb istintaqa başlayırsınız – 3 bal
8) Bir məclisdə sevgilinizi başqa biriylə tanış etmək məcburiyyətində qalırsınız
A) Tanışınıza başa salmağa çalışırsınız ki, siz bir-birinizə bağlısınız – 3 bal
B) Bunu o zaman edərsiniz ki, sevgiliniz istəsin – 2 bal
C) Siz qarşılıqlı münasibətlərinizi reklam etdirmirsiniz – 1 bal
9) Sevgilinizlə qonaq getmisiniz
A) Bütün gecəni ondan ayrılmırsınız – 3 bal
B) Başqa adamlarla əylənirsiniz – 1 bal
C) Bütün gecəni onu güdürsünüz – 2 bal
10) Sevgiliniz qəflətən imicini dəyişir
A) Bunu qəbul edirsiniz – 3 bal
B) Bu dəyişikliyi müzakirə edirsiniz – 1 bal
C) Burada müzakirə ediləcək bir şey yoxdur – 2 bal
İndi isə hesablayın
10-17 – Qısqanc deyilsiniz.
18-24 – Orta həddə qısqancsınız.
25-30 – Çox qısqancsınız.