cirtdan sou

Uşaqlar üçün şou, yoxsa pul tələsi?

Baxış sayı: 486

Son illər bir çox uşaqlı ailələrin marağını çəkməyi bacaran “Cırtdan” şousu haqqında yəqin ki, eşitmisiniz. Bu şou həqiqətən də rənagrəngliyi, işıq effektləri, tamaşanın ortasında uşaqlar üçün nəzərdə tutulmuş əyləncələri ilə Azərbaycanda ilklər siyahısına imza atmağı bacarıb.

Tamaşanın bilet qiymətləri isə 6-36 manat arası dəyişir və 3 yaşa kimi olan uşaqlara valideynin qucağında oturmaq şərti ilə əlavə bilet tələb edilmir. Əgər siz orta sıralarda bilet almaq istəsəniz, bir biletin qiyməti 17-21 manat aralığında olacaq.

Şounu hazırlayanlar tamaşanın fərqli quruşuluşu kimi “qayda”larda da fərqliliklərini nümayiş etdiriblər. Belə ki, pandemiya şəraitini nəzərə aldıqlarını deyən təşkilatçılar ailə paketləri yaradıblar. Bu paketə isə 4 bilet daxildir. Əgər sizin ailə fərdlərinizin sayı 3 nəfərdən ibarətdirsə, bu zonadan bilet ala bilmək üçün mütləq şəkildə 4-cü bileti də almalısınız.

cirtdan

Digər bir məsələ isə ondan ibarətdir ki, bu ailə paketinə daxil olan biletlərdən hər hansısa birini qaytarmaq qeyri-mümkündür. Bunun üçün siz ya biletlərin hamısını qaytarmalı, ya da heç birini qaytarmamalısınız. Digər bir “qayda” isə ondan ibarətdir ki, biletlərin hamısını qaytarmaq istəsəniz, ödədiyiniz məbləğin nə az, nə çox 30 faizini cərimə olaraq tuturlar və sizə qaytarmırlar.

Bir sözlə, bir bileti qaytarmaq istəməyinizin üzü astarından baha başa gəlir. Bu səbəbdən də şouya bilet alan zaman təşkilatçıların “qanun”ları ilə əvvəldən tanış olmağınız məsləhətdir.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir